Alternative content

09:00 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV NATO İlham Əliyevin təşəbbüsünü təqdir etdi
NATO İlham Əliyevin təşəbbüsünü təqdir etdi
ANA SƏHİFƏ / SİYASƏT
01:01 06.04.2019


Bakı-Tbilisi-Qars dəmir yolu Alyansın "Qətiyyətli Dəstəkmissiyasının uğuruna böyük töhfə verir


Bir neçə gün əvvəl Vaşinqtonda NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib. Sıradan bir tədbir kimi görünsə də, NATO-nun yaranmasının 70-ci ildönümünə həsr olunan bu iclas Azərbaycanın dünya miqyasında yüksək nüfuz sahibi olmasının, qlobal proseslərdə fəal iştirak etməsinin bu mötəbər təşkilatın rəhbərliyi səviyyəsində etiraf edilməsi ilə yadda qaldı.


"Yens Stoltenberq: Azərbaycan Alyansın yaxın tərəfdaşıdır”


NATO-nun Baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlamada Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu bildirərək, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında bu təşkilatla sıx əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdıran Y.Stoltenberq ələlxüsus Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən söz açıb. Baş katib 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın "Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.

Azərbaycan mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biridir.

Bu baxımdan respublikamız özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri - Bakıda və respublikamızın regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi bu sahənin inkişafına təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Bu həm də onu göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə və bütün tərəfdaş ölkələrin bu inkişafdan faydalanmasına yönəlib.


Qərb BTQ dəmir yolunun mühüm əhəmiyyətini başa düşür


Müəllifi İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatması isə Azərbaycanın tranzit imkanlarını daha da artırdı. BTQ iqtisadi və siyasi əhəmiyyətinə görə dünyanın ən mühüm nəqliyyat infrastrukturları ilə bir sırada dayanır. Çünki bu dəmir yolu xəttinin istismara verilməsi ilk növbədə Tarixi İpək yolunun bərpası istiqamətində indiyədək atılan ən mühüm addımdır. Çünki BTQ dəmir yolu xətti ilə Çindən Avropaya və əksinə yükdaşımaları zamanı vaxt itkisinin və eyni zamanda əlavə maliyyə sərfinin qarşısı xeyli alınır. Düzdür, ilk vaxtlarda ABŞ və digər Qərb dövlətləri bu layihəyə isti yanaşmadılar. Ona görə layihəni əvvəldən axıra kimi Azərbaycan öz daxili imkanları ilə maliyyələşdirdi. Lakin bu gün Qərb dünyası BTQ dəmir yolunun nə qədər tarixi və iqtisadi əhəmiyyət kəsb etdiyini anlayır. Ona görə də hazırda BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir.

2017-ci ilin 30 oktyabr tarixində açılışı baş tutmuş bu dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaradıb. Belə ki, BTQ Əfqanıstan marşrutu üzrə Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin bu ölkəyə fasiləsiz və təhlükəsiz şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələt beynəlxalq dəniz limanı bu sahədə imkanları əlavə olaraq genişləndirir. Beləliklə, uzunmüddətli perspektivdə Azərbaycan ərazisindən tranzit NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edəcək.

BTQ-ni dəstəkləyənlərin sırasına NATO da qoşulub. Bu təşkilatın Baş katibi İlham Əliyevin təşəbbüsünü təqdir edir. Müstəqillik tariximizin möhtəşəm layihələrindən olan bu dəmir yolu xəttini reallaşdırmaqla Prezident İlham Əliyev təsdiqlədi ki, ölkəmiz regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bilər. Hazırda isə bu dəmir yolu xəttindən, onun gətirdiyi dividendlərdən yalnız Azərbaycan bəhrələnmir. NATO-nun timsalında görünür ki, dünyanın mötəbər təşkilatları da BTQ dəmir yolundan səmərəli faydalanırlar. Bu baxımdan BTQ dəmir yolu xəttinin işə salınması Prezident İlham Əliyevin qlobal uğuru və Azərbaycanın beynəlxalq nüfuzunu artıran, söz sahibi kimi dünyadakı mövqelərini möhkəmləndirən siyasi-iqtisadi hadisədir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM