Alternative content

13:59 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında
Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında
ANA SƏHİFƏ / Sərəncamlar
00:57 06.04.2019


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


"ASAN xidmət” mərkəzlərində vətəndaşlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən xidmətlər göstərilməsi sayəsində yüksək vətəndaş məmnunluğuna nail olunmuşdur. Ölkə əhalisinin dövlət xidmətlərini və özəl xidmətləri vahid məkanda əldə etməsinin daha da genişləndirilməsi və xidmət şəbəkəsinin bütün respublika ərazisini əhatə etməsi məqsədilə bu günədək paytaxtda, eləcə də digər şəhər və rayonlarda on beş "ASAN xidmət” mərkəzi yaradılmış, 2019-cu ilin sonunadək daha beş mərkəzin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Gündəlik müraciət sayı 30 minə yaxın olan "ASAN xidmət” mərkəzlərində indiyədək 28 milyondan çox müraciət qəbul edilmişdir.

Bu sahədə işlərin davam etdirilməsinin əhəmiyyətini, habelə Bakı şəhərində əhalinin sıxlığı və müvafiq dövlət xidmətlərinin yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi nəticəsində müraciətlərin sayının artması ilə bağlı yeni "ASAN xidmət” mərkəzləri yaradılmasının zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərində iki yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2019-cu il



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM