06 Aprel 2019 00:39
1179
Səhiyyə
A- A+

Kalsium deposu


Süd və süd məhsullarının insan orqanizmi üçün əvəzsiz olduğu məlumdur. Xüsusilə də kefirin faydalarını saymaqla bitmir.

Kefir həzmə kömək edir, bağırsaq florasını tənzimləyir. Qidaların həzm edilməsinə yardımçı olur. Bağırsaqlarda faydalı mikroorqanizmlər azaldığında ishal, qəbizlik, udma pozuqluqları yaranır. Kefir tərkibindəki təbii mikroorqanizmlərlə bu problemlərin qarşısını almağa kömək edir. Həmçinin immuniteti gücləndirir, betakaroten olan tərkibi ilə immunitet sistemini dəstəkləyir, bədəndə yığılan toksin maddələrin törəməsini önləyərək, immunitet sistemini gücsüzləşdirən mikroorqanizmləri məhv edir.

Tərkibindəki yüksək miqdarda kalsiumla sümüklərin inkişafını dəstəkləyən kefir, böyümə dövründəki uşaqlara və yaşlıların artan kalsium ehtiyacına dəstək verir. Gün ərzində 2 stəkan kefir içmək gündəlik kalsium ehtiyacının təxminən yüzdə 60 faizini təmin etmiş olur. Zəngin E vitamini və selenium tərkibi sayəsində kefir güclü bir antioksidantdır. Hüceyrə parçalanmasına səbəb olan toksin maddələrin meydana gəlməsini və törəməsinin qarşısını alaraq hüceyrə yenilənməsinə köməkçi olur.

Kefir də digər probiotiklər kimi, zülal və yağların asan həzm edilməsinə imkan verir. Aşağı qlisemik indeksi ilə zülalla birlikdə mədədə uzun müddət qalaraq toxluq hissi yaradır və qan şəkərinin daha gec yüksəlməsini təmin edir.

Süd turşusu fermentasiya səbəbindən həzmi asanlaşdıraraq, mədədə yaranan köpü aradan qaldırır. İçindəki triptofan aminturşu B vitamini sayəsində sinirləri sakitləşdirir, depressiyanı azaldır, yuxusuzluğu aradan qaldırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video