06 Aprel 2019 00:39
8885
Səhiyyə
A- A+

Banka qoyaq, qoymayaq?


Soyuqdəymə zamanı xalq arasında tətbiq olunan alternativ tibbin ən üzdə olanı banka qoymaqdır. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyə daha çox soyuqlayıb. Həmin yeri hacamat deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar.

Həkimlər isə banka qoymağın sanıldığı kimi faydalı olmadığını bildirirlər.


Ölmüş qanla yüklənən qaraciyər


Fizioterapevt Zaur Əliyevin sözlərinə əsasən, banka qoymaq insan orqanizmi üçün çox zərərlidir. Əvvəllər onurğa həkimi olmadığından soyuqdəymə, qulunc kimi problemlər yarananda insanların şəfa tapması üçün banka qoyulması üsulundan istifadə edilirdi: "Belə ki, həmin dövrdə banka qoyulan yeri çərtib, toplanmış qara qanı çıxarırdılar. Çünki banka qoyulduqdan sonra onun yerində yaranmış qan - toxuma ölür. Həmin qan sonra yavaş-yavaş sovrulur və qaraciyərin yüklənməsinə gətirib çıxarır. Qaraciyər də orqanizmə təzə qan vermək üçün həmin ölmüş qanı özünə çəkir”.

Həkim banka qoyulduqdan sonra insanlarda bu orqanla bağlı şikayətlərin yarandığını bildirib: "İnsanlar qaraciyərlərinin ağrıması, şişməsi, serroz problemlərindən şikayətlənirlər. Qaraciyərin xəstəliklərini yaradan amillərdən biri də banka qoyulması, ölmüş qanla yüklənməsidir. Ona görə də dünyada hacamat yığışdırılır”.


Bu, xəstəliklərin inkişafına rəvac verir


Pediatr Vaqif Qarayev isə söyləyir ki, adi burun tutulmasında da, bel ağrısında da, topuq ağrıyanda da banka qoyulur: "Burada psixoloji inanmaq var. Bəzən baxırsan ki, bel nahiyəsinə başdan-başa banka qoydururlar. Tutaq ki, soyuqdəymə varsa, onu niyə təkcə bel nahiyəsinə qoyurlar?”

Mütəxəssis banka qoymağın müəyyən müsbət təsiri olmasının tibbi izahını belə verir: "Banka dərini qıcıqlandırır və qan dövranını yaxşılaşdırır. Buna görə də əzələ, sinir ağrılarına kömək edə bilir. Amma bronxitlərə, pnevmaniyalara təsir edib sağaldacaq bir qüvvəyə malik deyil. Əksinə, bankaların istifadəsi pnevmaniya zamanı təhlükəlidir və xəstədə pnevmotoraks (ağciyərin toxumasının yırtılması) inkişaf edə bilər. Həmçinin kəskin traxeit, laringit, kəskin və xroniki bronxit xəstəlikləri zamanı bu üsuldan istifadə qəti qadağandır. Bankalar müxtəlif şişlər (xoş və bədxassəli) üçün də təhlükəli sayılır. Onun qoyulması bu şişlərin inkişafına təkan verə bilər. Müxtəlif dermatitlər (dəri iltihabları), dəri infeksiyaları, dəri travmaları zamanı da banka qoyulması fəsadlar yaradır. Ürəyində problem və qan təzyiqi yüksək olan insanlara da qətiyyən banka qoymaq olmaz”.

Həkim xəbərdarlıq edir ki, xüsusilə uşaqlara banka qoymaq düz deyil: "Soyuqdəymənin kəskin vaxtı, hərarət yüksələndə banka qoymaq olmaz. Bu, uşaqların vəziyyətini daha da ağırlaşdıracaq. 2 yaşından aşağı uşaqlara isə ümumiyyətlə banka qoyulmamalıdır. O cümlədən bronxial astması, dərisində problem, allergik narahatlığı olan uşaqlara da bu üsul qadağandır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video