06 Aprel 2019 00:34
646
Mədəniyyət
A- A+

Özbəkistanın “Sevimli” televiziya kanalında Heydər Əliyev Mərkəzi haqqında veriliş yayımlanıb


Özbəkistanın "Sevimli” televiziya kanalının "Zamon” proqramında Heydər Əliyev Mərkəzi haqqında veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu olub və videomaterial da bu səfər çərçivəsində hazırlanıb.

Proqramın müxbiri Dilnoza Saidova Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verib. Bildirilib ki, Bakının simvollarından biri olan bu gözəl binanın layihəsini 2007-ci ildə məşhur memar, mərhum Zaha Hadid hazırlayıb.

Dünyanın nadir memarlıq abidələrindən biri sayılan bu binanın 2012-ci ildə təntənəli açılış mərasimi olub. Binada Heydər Əliyev muzeyi, sərgi salonları, beynəlxalq dialoq mərkəzi, iri konqres salonu var.

"Azərbaycan inciləri” sərgi salonunda ölkənin tarixini və mədəniyyətini əks etdirən müxtəlif eksponatlar nümayiş etdirilir. Burada Azərbaycan xalq çalğı alətləri ekspozisiyası diqqəti cəlb edir. "Mini Azərbaycan” sərgi salonunda 45 tarixi və memarlıq binasının maketləri var.

Birinci mərtəbədə böyük siyasi xadim Heydər Əliyevin vaxtilə istifadə etdiyi xidməti avtomobillər nümayiş etdirilir.

Mərkəzdəki retro avtomobillər də buraya gələnlərin diqqətini cəlb edir. Burada Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və digər ölkələrdə istehsal olunmuş klassik avtomobilləri görmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video