Alternative content

20:00 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın ödənilməsinə başlanılıb
Yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın ödənilməsinə başlanılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:18 05.04.2019

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb. Aprelin 4-dən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Həmin gün 93 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib. İşçi Qrupu tərəfindən 57 sahibkara 570 min manat ödənilməsi qərara alınıb, 36 müraciət üzrə araşdırma aparılır.

AZƏRTAC xəbər verir ki, aprelin 5-də maddi yardımın göstərilməsi üçün daha 90 sahibkardan ərizə qəbul olunub. Ümumilikdə, indiyədək 183 sahibkar maddi yardımla bağlı ərizə ilə müraciət edib.

Maddi yardım göstərilməsi qaydasına əsasən, müəyyən olunmuş vəsaitlərin artıq zərər çəkmiş sahibkarların bank hesablarına köçürülməsinə başlanılıb. Ödənişlər "Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Həmin gün iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə yanğından zərər çəkmiş 57 sahibkara bank kartları təqdim edilib.

Sahibkarlar onlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM