05 Aprel 2019 15:58
507
CƏMİYYƏT
A- A+

Ağdamda Aprel şəhidləri polkovnik-leytenant Raquf Orucovun və Sərvan Mehralıyevin xatirəsi anılıb


Ağdam rayonunda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun və Sərvan Mehralıyevin xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, keçmiş döyüşçülər və məktəblilər əvvəlcə şəhid Sərvan Mehralıyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir.

Sonra Bənövşələr qəsəbə tam orta məktəbində Aprel döyüşlərində böyük şücaətlər göstərmiş şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş "Səni unutmadıq komandir, sizi unutmadıq şəhidlər” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərə həsr edilmiş guşə ilə tanış olublar. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Tünzalə Vəliməmmədova çıxış edərək, Raquf Orucovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıb. Bildirib ki, Raquf İbrahim oğlu Orucov 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində, orta təhsilini isə Xaçındərbənd kənd tam orta məktəbində alıb. 1990-cı ildə sovet qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub. Qazançı, Fərrux, Naxçıvani, Aranzəmin, Dəhraz, Ağbulaq kəndlərinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il iyunun 12-də ermənilər ermənilər Raqufun doğulduğu Cinli kəndini artilleriya atəşinə tutaraq işğal ediblər. Raqufun anası Raya xanım da qəlpə yarasından həlak olub. Bu hadisə Raquf Orucovun düşmənə nifrətini daha da artırıb. Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə qəbul olan R.Orucov 1996-cı ildə zabit kimi Azərbaycan Ordusunda xidmətə başlayıb. 2016-cı ilin aprelin əvvəllərində düşmənin cəbhədə yaratdığı təxribatların qarşısının alınmasında, Talış yüksəkliyinin azad edilməsində fədakarlıq göstərərək şəhid olub. Hələ sağlığında ikən onu əfsanəvi qəhrəman, "Murov qartalı” hesab edirdilər. Kəşfiyyatçı zabit şəhid olduğu günədək bir çox mükafatlara, ölümündən sonra isə "İgidliyə görə” medalına layiq görülüb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli, "Qarabağ Qaziləri” İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Şamil Əbilov və Raquf Orucovun müəllimləri çıxış edərək, cəsur döyüşçünün mübariz və qorxmaz keyfiyyətləri barədə danışıblar.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, igidlərimizin qanı bahasına azad edilən Vətən torpaqlarının müqəddəsliyindən danışıb. "Raquf Orucov Ağdam rayonunun kiçik bir kəndində doğulsa da, Vətən sevgisi, fədakarlığı və şəhadəti ilə sevgimizi qazandı. Raquf Orucov və digər şəhidlər öz fədakarlıqları ilə bir daha göstərdilər ki, xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq”, - deyə Vaqif Həsənov bildirib.

Tədbirdə məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video