Alternative content

18:34 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sarımsağın tərkibində güclü antibakterail təsirə malik allisin var
Sarımsağın tərkibində güclü antibakterail təsirə malik allisin var
ANA SƏHİFƏ / Səhiyyə
12:42 05.04.2019

Arxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb. Qədim misirlilərin də sarımsaqla qidalandıqları və ondan müalicə vasitəsi kimi istifadə etdikləri barədə məlumatlar var. Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan Avropaya yayılıb. Misirdə sarımsağı ən ağır xəstəliklərə qarşı dərman kimi tətbiq etməklə yanaşı onun müqəddəs bitki olduğuna inanaraq qəbirlərə qoyardılar.

AZƏRTAC tibbi mənbələrə əsasən xəbər verir ki, XIX əsrdə fransız mikrobioloqu Lui Paster sarımsağın bır sıra bakteriyalara qarşı məhvedici təsir göstərdiyini sübut edib. Sarımsaq tərkibində olan fitonsidlər sayəsində bağırsaq çöplərinə, qızılı stafilokoklara, salmonella və Candida cinsindən olan göbələklərə qarşı güclü aktivliyə malikdir. Virus əleyhinə, xüsusilə qrip viruslarına təsiri də elmi cəhətdən sübut olunduğuna görə ondan qrip xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə edilir.

Sarımsaq tərkibindəki mürəkkəb bioloji aktiv maddələr sayəsində mikrob, göbələk, virus, qurd, ibtidailər, malyariya törədicisi əleyhinə təsir göstərir, iltihabi proseslərin sağalmasını sürətləndirir. Tibdə dəmləmə və spirtdə çıxarış şəklində istifadə edilən sarımsaq mədə-bağırsaq traktının hərəki və sekretor fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.

Sarımsağın daxilə qəbulu və ya imalə şəklində istifadə edilməsi bütün növ bağırsaq parazitlərinə, xüsusilə lentşəkilli qurdlara öldürücü təsir göstərir. Onun tərkibində olan allisin maddəsi qırmızı qan hüceyrələri - eritrositlərlə reaksiyaya girərək kükürdlü birləşmə olan hidrogen-sulfid əmələ gətirir. Həmin maddə qan damarlarındakı spazmı aradan qaldırır, qan dövranını aktivləşdirir və öz növbəsində arterial qan təzyiqini aşağı salır, həyati vacib orqanların oksigen təchizatını yaxşılaşdırır, ürəyin üzərinə düşən yükü azaldır. Həmin xüsusiyyətlərinə görə arterial hipertenziya və aterosklerozun müalicə və profilaktikasında istifadə olunur. Olduqca güclü antibakterial təsirə malik allisin maddəsinin 1 milliqramı 15 vahid penisillin aktivliyinə bərabər qiymətləndirilir.

Güclü antioksidant təsirə malik olan allisin maddəsinin parçalanma məhsulu olan sulfen turşusu sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bununla da orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir. Bir sıra xəstəliklərin müalicə və profilaktikasında sarımsaq kapsul, həb, toz və yağ şəklində tətbiq edilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM