05 Aprel 2019 12:36
548
İQTİSADİYYAT
A- A+

“Azərpoçt” problemli kreditlərin ödənilməsi ilə bağlı xidmətləri ödənişsiz həyata keçirəcək


Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləği nağd və nağdsız formalarda olmaqla "Azərpoçt” MMC-dən ala biləcəklər.

MMC-dən AZƏRTAC-a bildirilib ki, bunun üçün vətəndaşın nə "Azərpoçt"un mərkəzi ofisinə, nə də Çağrı mərkəzinə(169) müraciət etməsinə ehtiyac yoxdur. Prosesə başlananda vətəndaşın kredit götürdüyü zaman qeydiyyata aldırdığı nömrəsinə SMS göndəriləcək. SMS-də fiziki şəxsə ödəniləcək kompensasiya məbləği, kompensasiya ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), fiziki şəxsin kompensasiyanın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi), pul köçürməsinin ediləcəyi tarix haqqında informasiya öz əksini tapacaq.

Hazırda "Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyatın neçə nəfərə şamil olunacağı hələ dəqiqləşdirilməyib.

"Azərpoçt” MMC tərəfindən ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla 2 formada həyata keçiriləcək. 500 manata qədər məbləğ nağd formada, 500 manatdan yuxarı olduqda isə plastik kartlar vasitəsilə kredit sahibinə təqdim olunacaq. Problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər "Azərpoçt” MMC tərəfindən pulsuz həyata keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video