Alternative content

18:31 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyev daha 600 min insanı sevindirdi
İlham Əliyev daha 600 min insanı sevindirdi
ANA SƏHİFƏ / SİYASƏT
01:05 05.04.2019


14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı


Ölkə əhalisinin layiqli həyat səviyyəsini təmin etmək və rifahını yüksəltmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Prezident İlham Əliyevin son 3 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatlar, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür.


Artan iqtisadi qüdrətin təzahürləri


Əgər diqqət etsək, aydın şəkildə görərik ki, son 3 ayda elə bir sahə yoxdur ki, maaşlarda, eləcə də sosial müavinətlər və təqaüdlərdə artımlar edilməsin.

İlk növbədə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin durumunu diqqətdə saxlayan Prezident İlham Əliyev bu kateqoriyaya aid insanlara öz dəstəyini göstərir. Şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması bunun əyani təzahürüdür.

Bununla yanaşı, son aylarda dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, minimum əməkhaqqının 38 faiz artaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi dövlətin iqtisadi qüdrətinin daha da yüksəldiyini bir daha təsdiqləyir.


Yüksələn sosial müavinət və təqaüdlər...


Aprelin 1-dən etibarən dövlət başçısının "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı qüvvəyə mindi və 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırıldı.

600 minə yaxın insanı, o cümlədən əlilliyi olan 300 min şəxsi əhatə edən sənəd bu kateqoriyaya aid şəxslərin sosial durumunun yaxşılaşdırılmasına xidmət edir.

Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, Çernobıl qəzasının ləğvi ilə əlaqədar əlilliyi olanlar üçün (əmək pensiyası hüququ olmayan) ayrılan vəsaitin və digər sosial müavinətlərin artan məbləğlərinə nəzər salaq:

* yaşa görə sosial müavinət 130 manat;

* I qrup əlilliyə görə 150 manat;

* II qrup əlilliyə görə 130 manat;

* III qrup əlilliyə görə 110 manat;

* ailə başçısını itirməyə görə 80 manat;

* sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara 150 manat;

* valideynlərini itirmiş uşaqların qəyyumlarına 100 manat;

* müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına 100 manat;

* beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 55 manat;

* uşağın anadan olmasına görə 200 manat;

* dəfn üçün ödənilən sosial müavinət 300 manat;

* I qrup əlilliyə görə Prezident təqaüdü 100, onlara qulluq edənlərə 50 manat;

* sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara Prezident təqaüdü 50 manat oldu.


Pensiyanın sığorta hissəsi əvəzinə Prezident təqaüdü veriləcək


Bundan başqa, sərəncamla müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezidentin təqaüdü də təsis edilib.

Sərəncam ilə müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün Prezident təqaüdünün məbləği I qrup əlilliyə görə 182 manatdan 250 manata, onlara qulluq edənlərə isə 50 manat, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə, 121 manatdan 210 manata çatdırılıb.

Beləliklə, əgər I qrup müharibə əlilləri və onlara bərabər tutulan şəxslər 150 manat sosial müavinət alırdılarsa, bundan sonra həmin məbləğin üzərinə 250 manat Prezident təqaüdü və 50 manat da onlara qulluq edən şəxsin məvacibi daxil ediləcək. Yəni bu kateqoriyaya aid şəxslər ayda ümumilikdə 450 manat alacaqlar.

II qrupa aid olanların (130 + 230) 360, III qrupa aid olanların isə (110+ 210) alacaqları müavinət 320 manata yüksəlib.

Onu da əlavə edək ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Prezident təqaüdünün məbləği 150 manat olub.


Aprel döyüşlərində əlil olanların təqaüdləri 100 faiz artırıldı


Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il Aprel döyüşlərində həlak olmuş qəhrəman Vətən oğullarının - şəhidlərimizin ailələri, yaralanmış əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.

Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilib.

Onlara qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq sosial təminat növləri, o cümlədən Prezidentin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin olunub. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılıb. Cari ildə bu sahədə növbəti mühüm addım kimi fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb. Eləcə də müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi, o cümlədən Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün də müavinət və təqaüdlər aprelin 1-dən 100 faizədək artırılıb.

Onu da əlavə edək ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərilir. Dövlət tərəfindən şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər görülür.


Şəhid ailələrinin kreditləri bankların vəsaiti hesabına ödəniləcək


Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə keçirilən iclasında qəbul olunan qərar da ölkə ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilib.

Belə ki, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib.


Bu il sosial inkişaf dövrü kimi başqa illərdən fərqlənəcək


Göründüyü kimi, son 3 ayda Prezidentin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sənədlərdir.

Bir çox kateqoriyalara aid insanların müavinət və təqaüdlərinin artırılması bir daha təsdiq edir ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcək.

Prezident İlham Əliyevin söylədiyi kimi, əgər 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il isə dərin iqtisadi islahatlar ili olubsa, 2019-cu il həm sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi tarixə yazılacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM