05 Aprel 2019 00:41
386
CƏMİYYƏT
A- A+

Mərhəmətin sonu olmur


Fevral ayının 5-6-da ölkə ərazisində baş verən zəlzələ Ağsuda da müəyyən fəsadlar törətdi. Təbii fəlakət nəticəsində rayonda çox sayda evlər bu və ya digər dərəcədə zədələndi.

Lakin elə ilk saatlardan Prezident İlham Əliyevin tapşırığı ilə rayon icra hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin məsul işçilərin vətəndaşların yanında olması, onlara həm maddi, həm də mənəvi dəstək vermələri insanları xeyli ümidləndirdi. Onlar bir daha əmin oldular ki, arxasız deyillər.

Rayon icra hakimiyyətinin məlumatına görə, rayon üzrə zəlzələ ilə bağlı vətəndaşlardan 1899 müraciət daxil olub. Ərizələrin sayı şəhər üzrə 650, kəndlər üzrə 1108, kəskin qəzalı hesab edilmiş evlərin sayı 197-dir. Bunların 50-si şəhərdədir və hazırda 3 ailə üçün dövlət hesabına evlər tikilir. Kəndlərdə isə 147 ev daha çox zədələnmişdir. Belə evlər əsasən, Kalva, Nuran, Xatman, Dilman, Aratlı Curuğlu, Gəgəli, Qaraqaşlı, Bico, Muradlı və Nüydü kəndlərindədir. Bərpaya ehtiyacı olan evlərin sayı 307-dir. Onların 80-i şəhərdə, 227-si kəndlərdədir. Təmirə ehtiyacı olan evlərin sayı 1232-dir.

Martın 6-da Prezident İlham Əliyevin Ağsu rayonuna etdiyi səfər, burada yerli sakinlərlə görüşləri, yeni tikilən evlərdə aparılan inşaat işləri ilə şəxsən maraqlanması ağsuluların yaddaşından heç zaman silinməyəcək. Belə insanlardan biri Həcər Zamanovadır. Bu çöhrəsi nurlu qadının 9 övladı olub. İndi onlardan dördü həyatdadır.

Həcər xanım şəhid anasıdır. Oğlu Aqil 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Aqil toyundan cəmi 8 gün sonra müharibəyə getmişdi... Ondan yadigar bir qız övladı qalıb. Həcər ana dövlətdən çox razıdır. Deyir ki, oğlunun ailəsinə əlillər binasından ev ayrılaraq hər cür şərait yaradılıb. Həyat yoldaşı dünyasını dəyişdikdən zonra əvvəl övladlarını, sonra nəvələrini böyüdüb ərsəyə çatdırmaq üçün bütün çətinliklərə qatlanıb. Üzüm sahəsindən tutmuş xəstəxanada xadiməyə kimi çalışıb.

Həcər ana ölkə rəhbəri ilə görüşməsini, onun diqqət və qayğısını ulu Yaradanın bir lütfü, çəkdiyi əziyyətlərin qiymətləndirilməsi, mükafatlandırılması kimi qəbul edir. Deyir ki, əvvəlki evi 3 otaqdan və mətbəxdən ibarət idi. Lakin zəlzələ nəticəsində ev uçub yararsız vəziyyətə düşdü. Zəlzələdən az sonra həm rayon icra hakimiyyətindən, həm də Fövqəladə Hallar Nazirliyindən nümayəndələr onları kirayə evlə təmin etdilər. Qərar da belə oldu ki, ev mütləq yenidən inşa olunmalıdır. Köhnə ev söküldü və orada yenisinin təməli qoyuldu.

Həcər ana dövlətdən yerdən göyə qədər razıdır. Deyir ki, Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın atdıqları xeyirxah addımları, onların daim insanların yanında olub onların dərdlərinə şərik çıxmalarını qiymətləndirməmək olmaz:

- Bu ahıl yaşımda dövlət başçısını həyətimizdə gördüyüm anı heç zaman unutmaram. O, məndən istəyimi soruşdu. Mən də nəvəm Muradın gözünün xəstə olmasını və son 4 ildə aparmadığımız xəstəxana qalmadığını dedim. Yanındakı nümayəndəyə bu məlumatı qeyd etməsini tapşırdı. Həmin axşam saat 9 olmamış bizə zəng gəldi. Muradın telefonunu istədilər. Bundan bir qədər sonra nəvəm mənimlə danışaraq dedi ki, onu xəstəxanaya aparırlar. Son baxılan yer Gömrük Xəstəxanası oldu. Mən də orada idim. Emil həkim müayinədən sonra növbəti gün Muradı əməliyyat edəcəyini dedi. Lakin sonradan Mehriban xanım Əliyevanın göstərişi ilə Türkiyəyə aparılmasını məsləhət bildilər. İnanıram ki, tezliklə nəvəm ən yüksək səviyyədə müalicə olunacaq.

Ağsu şəhər sakini 90 yaşlı Gülarə Hökmrəvanın həyətində də olduq. Burada da inşaatçılar əvvəlki evin yerində yenisini tikirlər. Az müddət keçməsinə baxmayaraq, xeyli iş görülüb. Gülarə nənə xəstə olduğu üçün oğlu Tahir Hökmrəvanla həmsöhbət olduq. Bildirdi ki, zəlzələ zamanı 2 otaqdan ibarət ev yararsız vəziyyətə düşüb. Vəziyyətlə tanış olan rayon icra hakimiyyətinin nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu evdə yaşamağın mümkünsüz olduğunu deyiblər. Sonra əlavə etdi ki, Prezident İlham Əliyevin Ağsuya gəlişinə kimi evin bünövrəsi qoyulmuşdu. Dövlət başçısı tikintinin gedişi ilə tanış olduqdan sonra müəyyən göstərişlərini verdi. Bir daha bu qayğıya görə dövlət başçısına minnətdarlıq edirik.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video