Alternative content

16:33 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
16:02 24.08.2019 Yaponiyada zəlzələ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət dəstəyi qurub-yaratmaq əzmini artırıb
Dövlət dəstəyi qurub-yaratmaq əzmini artırıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:38 05.04.2019


Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası Qobustan rayonunun simasını da dəyişib, gözəlləşdirib. Başqa sözlə, dövlət dəstəyi bu yerlərə yeni nəfəs, insanlara qurub-yaratmaq əzmi bəxş edib.

Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov bununla bağlı dedi ki, 2014-2018-ci illərdə Prezident İlham Əliyev Qobustan rayonunda xəstəxananın, xalçaçılıq emalatxanasının, məktəb və uşaq bağçasının tikintisi, əkin sahələrinin suvarılması, yol çəkilişi, abadlıq və quruculuqla əlaqədar 10 sərəncam imzalayıb. Həmin sərəncamlarla rayona 31 milyon manatdan artıq vəsait ayrılıb. Bu da rayon büdcəsindən 8 dəfə çoxdur.

Öyrəndik ki, Prezidentin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə ayrılmış 15 milyon 520 min manat vəsait hesabına Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq və inventarla təchiz başa çatdırılıb. Yaxın vaxtlarda mərkəzi xəstəxananın açılışı gözlənilir.

21 fevral 2018-ci il tarixli sərəncamla ayrılmış 2 milyon manat vəsaitlə Qobustan şəhərində xalçaçılıq emalatxanası tikilib. Hazırda burada 55 nəfər işçi çalışır. Müəssisə tam istifadəyə verildikdən sonra isə 165-dən çox sakinin məşğulluğu təmin ediləcək. Eyni zamanda, "Azərxalça” ASC tərəfindən Qobustan rayonunda Regional Yun Qəbulu Məntəqəsi də inşa olunub.

Ölkə rəhbərinin 12 fevral 2018-ci il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasında son tamamlama işləri aparılır.

2018-ci ilin mart ayında Prezidentin sərəncamları ilə ayrılan vəsait hesabına rayonun Çuxanlı və Sündü kəndlərinin sakinlərinə rahatlıq bəxş edilib. Kəndlərin hərəsində bir artezian quyusu qazılıb. Şıxzahırlı və İlanlı kəndlərinə ilk dəfə təbii qaz verilib. Hazırda rayon əhalisinin 96 faizi təbii qazla təmin edilir.

Dövlət başçısının 2 aprel 2018-ci il tarixli sərəncamı ilə rayonun Şıxzərli kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 425,0 min manat vəsait ayrılıb. Hazırda məktəbin tikintisi davam edir.

Ümumilikdə, son illər rayonda 16 yeni məktəb binası tikilib, 4 məktəb əsaslı təmir olunub, 1 məkəb üçün 10 əlavə sinif otağı inşa edilib, 1 məktəbin tikintisinə başlanıb. Məktəblərin maddi-texniki bazası da möhkəmləndirilib və ən müasir avadanlıq və texniki qurğularla təmin olunub. Hazırda rayondakı məktəblərin 70 faizi müasir tələblərə tam şəkildə cavab verən, yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş binalardır.

Dövlət başçısının ötən il Qobustan rayonu üzrə imzaladığı sayca yeddinci sərəncam oktyabr ayının 23-də olub. Həmin sərəncamla ayrılmış 6,4 milyon manat vəsaitlə beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisi başa çatdırılmaq üzrədir. Yaxın vaxtlarda yol tam şəkildə istismara veriləcək.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da Qobustan rayonu üzrə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Rayon sakinləri həmin proqramda üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün ilin ilk günlərindən əzmlə çalışırlar.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM