Alternative content

10:37 29 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əhali tibbi müayinəni dövlət başçısının qayğısı kimi dəyərləndirir
Əhali tibbi müayinəni dövlət başçısının qayğısı kimi dəyərləndirir
ANA SƏHİFƏ / Səhiyyə
00:36 05.04.2019


Göygöl Rayon Mərkəzi Xəstəxanasının həyətinə daxil olanda çoxlu sayda insanla qarşılaşdıq. Onlar ölkə rəhbəri İlham Əliyevin tapşırığına əsasən keçirilən tibbi müayinə aksiyasında iştirak etmək üçün toplaşmışdılar.

Qarşımıza çıxan ilk rayon sakinindən tibbi müayinənin necə getdiyi barədə soruşduq. Sevinc Rzayeva dedi ki, sağ olsun Prezidentimiz. Azərbaycan vətəndaşlarının sosial durumu ilə yanaşı onların sağlamlığı barədə də düşünür. Məhz bunun nəticəsidir ki, hər il əhalinin pulsuz tibbi müayinəsi aksiyasının keçirilməsi barədə göstəriş verir. İndi mən də aksiyada iştirak etmək üçün bura gəlmişəm.

Tibbi müayinədən keçən Qəşəm Hacıyev isə dedi ki, 83 yaşım var. Mən də müayinədən keçdim. Şükürlər olsun ki, elə bir ciddi xəstəlik aşkar edilmədi. Ancaq həyat yoldaşım Natəvanı müayinə edəndə onun cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu söylədilər. Təmənnasız əməliyyat etdilər. İndi o, özünü çox yaxşı hiss edir. Buna görə aksiyanın təşkilatçılarına ailəmiz adından minnətdarlığımı bildirirəm.

Göygöl şəhər sakini Zemfira Rüstəmova da bu aksiyanın əhəmiyyətindən danışdı. Dedi ki, uzun illər musiqi məktəbində müəllimə işləmişəm. Hazırda təqaüdçüyəm. Son vaxtlar özümü narahat hiss edirdim. Müayinə olunanda dedilər ki, şəkər xəstəsiyəm. Mənə müalicə yazıb, məsləhətlər verdilər. Sağ olsunlar, düşünürəm ki, bu aksiya olmasaydı, xəstəliyim barədə məlumatım olmayacaqdı.

Tibbi müayinənin gedişi ilə əlaqədar xəstəxananın baş həkimi Hamlet Ömərovla görüşdük. Söhbət zamanı məlum oldu ki, aksiyanın mütəşəkkil keçirilməsi üçün bir poliklinika və iki kənd sahə xəstəxanasında hazırlıq işləri görülmüş, səhiyyə ocaqları hər cür dərman preparatları və tibbi ləvazimatlarla təchiz edilmişdir. Bundan başqa, 2 səyyar həkim briqadası təşkil edilmişdir ki, bu briqadalar da hər gün səhər tezdən kəndlərə gedərək tibbi müayinələr aparırlar. İşin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, aprelin 2-dək 12 min 329 nəfər müayinədən keçirilmişdir. Müayinə olunanların 2223 nəfərində müxtəlif xəstəliklər aşkar edilmişdir ki, onlardan da bəziləri stasionar, bəziləri isə ambulator müalicəyə cəlb edilmişdir. 6 nəfər xəstə isə Bakiya ixtisaslaşdırılmış xəstəxanalara göndərilmişdir.

Xəstəxananın poliklinika şöbəsinin müdiri Rauf Abuzərov isə dedi ki, aksiya başlanandan həkimlər bir dəqiqə də olsun boş dayanmırlar. Çünki sakinlər aksiyada fəallıqla iştirak edirlər. Hər gün səhərdən axşamadək poliklinika dolub-boşalır. Onlar tibbi müayinələrə böyük həvəslə gəlir, sağlamlıq durumları barədə məlumat toplayırlar. Odur ki, tibb işçilərimiz çalışırlar ki, aksiyanın sonunadək bir nəfər də olsun göygöllü kənarda qalmasın.

Sabir ƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM