04 Aprel 2019 21:17
770
Təhsil
A- A+

Azərbaycan Texniki Universitetində Aprel şəhidləri anılıb


Azərbaycan Texniki Universitetinin və (AzTU) "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə bu ali məktəbdə Aprel döyüşlərinin ildönümü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları AzTU şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə-kompleksin önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rektor vəzifəsini icra edən Xalıq Yahudov universitetin ötən əsrin 90-cı illərində, eləcə də sonrakı mərhələlərdə Vətənin bütövlüyü uğrunda canından keçən məzunları haqqında danışıb və Aprel döyüşlərinin Azərbaycanın şanlı tarixi olduğunu bildirib. X.Yahudov bildirib ki, müstəqilliyimizin qazanılması uğrunda ilk günlərdən etibarən universitetin tələbələri, məzunları ictimai və hərbi mübarizəyə qoşulublar. Aprel döyüşlərində AzTU-nun 4 məzunu - Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir Quliyev və Elvin Mirzəyev şəhid olublar. Bu döyüşlərdə şəhid olanların xatirəsi xalqımız, o cümlədən universitetin əməkdaşları və tələbələri tərəfindən daima əziz tutulacaq, onların qəhrəmanlıqları gələcək nəsillərə nümunə kimi təbliğ ediləcək.

Milli Məclisin deputatı Qənirə Paşayeva, Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Raquf Orucovun həyat yoldaşı, "Zəfər” Şəhid Ailələrinə Dəstək İB-in sədri Sevinc Alızadə Aprel döyüşlərində hərbçilərimizin göstərdikləri şücaət və qəhrəmanlıqdan danışıblar.

Tədbirdə çıxış edən şəhid valideynləri isə gəncləri Vətənin müdafiəsində ayıq-sayıq olmağa çağırıblar.

Tədbirdə Aprel şəhidlərinin fotolarının əks olunduğu videoçarx və "Murov qartalı” kimi tanınan əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucov haqqında film nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video