04 Aprel 2019 17:53
341
CƏMİYYƏT
A- A+

IDEA İctimai Birliyinin nümayəndəsi: Bu il 8 rayonda aztəminatlı ailələr üçün meyvə bağları salınacaq


IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə bu gün Balakən rayonunda aztəminatlı ailələr üçün iki hektar sahədə yeni fındıq bağı salınıb. Layihə çərçivəsində 2019-cu ilin sonunadək daha 7 rayonda aztəminatlı ailələr üçün meyvə bağlarının salınması nəzərdə tutulur. Növbəti aksiya Ağsu rayonunda reallaşacaq.

Bu sözləri IDEA İctimai Birliyinin nümayəndəsi Nəzakət İsayeva Balakəndə keçirilən ağacəkmə aksiyası zamanı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

2017-ci ilin aprelindən icra olunan layihənin mühüm sosial-iqtisadi əhəmiyyəti olduğunu vurğulayan qurumun nümayəndəsi bildirib ki, əsas məqsəd aztəminatlı ailələrə kömək göstərmək, onların maddi rifahını yaxşılaşdırmaq, eyni zamanda, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına töhfə verməkdir.

Layihə çərçivəsində indiyədək 18 rayonda meyvə bağlarının salınaraq aztəminatlı ailələrin istifadəsinə verildiyini diqqətə çatdıran İctimai Birliyin təmsilçisi ağacəkmə aksiyalarının gələcəkdə ölkənin digər rayonlarında da təşkil ediləcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video