Alternative content

00:08 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nazir: Yanğından zərər çəkmiş sahibkarlara ödənişlərin verilməsi üçün bu gündən sənədlərin qəbuluna başlanılır
Nazir: Yanğından zərər çəkmiş sahibkarlara ödənişlərin verilməsi üçün bu gündən sənədlərin qəbuluna başlanılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:44 04.04.2019

"Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara ödənişlərin verilməsi üçün sənədlərin qəbuluna aprelin 4-dən başlanılır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, ödənişlər "Kapital Bank" və "Azər Türk Bank" vasitəsilə həyata keçiriləcək. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar kompensasiyadan xidmət haqqı tutmayacaq.

"Artıq 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib. Bu günə olan məlumata görə, 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib. Kreditlə bağlı 14-15 milyon manat kreditlə bağlı tələb ortaya çıxıb. Biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarlığın İnkişafı Fondunda kifayət qədər vəsait var. Ziyanın məbləği tam bəlli olduqdan sonra hökumətdə yaradılmış komissiya tərəfindən sahibkarlara dəyən ziyan tam ödəniləcək", - deyə nazir vurğulayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM