04 Aprel 2019 14:00
593
İDMAN
A- A+

Bakıda 14 ildən sonra yenidən bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək


Azərbaycan Gimnastika Federasiyası ilin ən önəmli yarışlarından birinə hazırlaşır. Bakı 14 ildən sonra – sentyabrın 16-22-də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.

AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, zərif gimnastlar Milli Gimnastika Arenasında 1 həftə boyunca öz güclərini sınayacaqlar. Həm fərdi gimnastlar, həm qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaq, həmçinin komanda hesabında da ən yaxşıların adları açıqlanacaq.

Qeyd edək ki, dünya çempionatı "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Çempionat yalnız medalçıları deyil, həm də Olimpiadaya namizədlərin adlarını da müəyyənləşdirəcək. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16 yerdə qərarlaşan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaq. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Bu ilin çempionatında isə çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video