04 Aprel 2019 13:18
519
İQTİSADİYYAT
A- A+

Nazir: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb


Cari ilin ilk 2 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 340 milyon dollar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev aprelin 4-də Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunda deyib.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-dək Rusiya kapitallı müəssisə fəaliyyət göstərir.

"Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya yatırıb. Azərbaycanın Rusiyaya sərmayə qoyuluşunun həcmi isə 1,2 milyard dollardan çoxdur. Ötən il Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faizədək artaraq 2,5 milyard dollar təşkil edib”, - deyə Ş.Mustafayev bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video