04 Aprel 2019 12:58
349
CƏMİYYƏT
A- A+

N saylı hərbi hissənin əsgərləri Tərtər rayonunda ekskursiyada olublar


Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü ilə bağlı "Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N saylı hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsgərlər əvvəlcə Tərtər şəhərinin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Tarix-Diyarşünaslıq Muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əsgərlər işğaldan azad edilmiş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağac əkilən ərazidə qoyulan və hər bir şəhid haqqında məlumatları özündə əks etdirən lövhələrə baxıblar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış "Marağa 150” abidəsinin qalıqları ilə tanış olublar.

Ekskursiya zamanı Aprel döyüşlərində Tərtər istiqamətində düşməndən azad olunmuş ərazilər də ziyarət edilib.

Hərbi qulluqçular xidmət yerlərinə xoş təəssüratlarla qayıdıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video