04 Aprel 2019 00:44
1814
CƏMİYYƏT
A- A+

İLHAM ƏLİYEV səxavəti


İnsan həyatda öz zəhməti ilə çox şeyə nail ola bilir:

* Yüksək təhsil alır;

* Hər hansı bir sahənin tanınan, sayılıb-seçilən mütəxəssisinə, bilicisinə çevrilir;

*Vəzifə pilləsi ilə yüksəlir, elmi nailiyyətlərə imza atır;

* Xalqın etimad və etibarını qazanır!

Bütün bunlar möhkəm iradə, böyük zəhmətsevərlik, yorulmadan məqsədə doğru irəliləmək qətiyyəti, bəzən isə xüsusi istedad, xarizma tələb edir!

Amma elə mənəvi dəyərlər və keyfiyyətlər də var ki, o insana Tanrı tərəfindən verilir.

Yüksək intellekt, fəhm, qəlb genişliyi, yaradıb-qurmaq məharəti və təşkilatçılıq bacarığı, insanlara daim arxa durmaq istəyi, günahı olanları bağışlamaq, təqsirindən keçmək böyüklüyü, səxavət duyğusu və digərləri yəqin ki, insan doğularkən onun təbiətində, xarakterində olur!

Tariximizə qısa nəzər salanda, belə vergili şəxsiyyətlərin az da olsa mövcudluğunun, xalqı, həmvətənləri üçün əvəzsiz xidmətlər göstərdiklərinin şahidi oluruq.

***

Səxavət insana xas olan nadir və yüksək mənəvi keyfiyyətlərdən biridir!

Doğrudan da insanlara dayaq durmaq, çətin anlarında əl uzatmaq istəyi hər adamda olmur!

Səxavət sahibi olmaq üçün, ən əvvəl, dara düşənlərin vəziyyətini anlayıb onlara acımalısan!

Canında və qanında bir humanistlik, alicənablıq duyğusu yaşamalıdır!

Həm də kömək etmək vəzifə borcu olmadığı bir zamanda bu addımı atmalısan!

Ümidlə sənə üz tutanlardan köməyini əsirgəməmək, ətəyindən yapışanların əlindən tutub onları dardan qurtarmaq böyük qəlb və səxavət sahiblərinə xas olan nadir keyfiyyətlərdəndir!

Biz dövlət rəhbərləri içərisində bu keyfiyyətləri ilk dəfə ulu öndər Heydər Əliyevdə görmüşük!

Nə qədər insanın qolundan tutdu, oxutdurdu, vəzifə pillələri ilə irəli çəkdi, çarəsiz vəziyyətə düşənləri müalicə etdirdi, mənzil verdi, təqaüd ayırdı!

Neftxudalar içində isə səxavətli əməllərlə yalnız Hacı Zeynalabdin Tağıyevin timsalında rastlaşmışdıq.

Neçə azərbaycanlı gəncin oxuması üçün vəsait ayırıb, öz hesabına qız məktəbi açıb, kütləvi şəkildə xeyriyyəçilik edib, millət yolunda ürəklə pul xərcləyib!

Bu gün isə hamımız İlham Əliyev səxavəti barədə fəxrlə, ağızdolusu danışırıq.

Bəli, İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən Azərbaycanın iqtisadi qüdrətinin və siyasi nüfuzunun yüksəldilməsi, müstəqil dövlətimizin yeni imicdə dünyaya təqdimi, paytaxt Bakı ilə yanaşı, regionların da yenidən tikilib qurulması, abadlaşdırılması, xalqın sosial rifahının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial və dəyişməz mövqe tutması, xalqımızın milli maraqlarını bütün sahələrdə dönmədən və qətiyyətlə müdafiə etməsi ilə yanaşı, böyük qəlb və səxavət sahibi olduğunu da bir nümunə kimi ortaya qoymuşdur!

Prezident İlham Əliyevin təkcə son günlər xalqımızın sosial rifahının yaxşılaşdırılması sahəsində gördüyü işləri qısa şəkildə nəzərdən keçirək:

* 600 min işçinin əməkhaqqı artırıldı;

* 223 min insanın sosial təminatı yaxşılaşdırıldı;

* Minimum əməkhaqqı 38 faiz yüksəldi;

* 100 minə yaxın tələbənin təqaüdü artırıldı;

* Minimum pensiyalar 37 faiz yüksəldi;

* Şəhid ailəsinə verilən təqaüd 25 faiz artdı;

* Əfqanıstan şəhidlərinin ailəsinə verilən mavinət 300 manat oldu;

* 1 milyondan çox insanın problemli kredit məsələsi həll edildi;

Ən nəhayət, onu da xatırladaq ki, çoxmənzilli binalardakı mənzil mülkiyyətçiliyi ilə bağlı problemin həlli 400 minə yaxın insanı əhatə edəcək;

Bütövlükdə 3 milyon insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalanacaq;

Bir məqamı da unutmayaq: son 15 ildə əməkhaqları 7, minimum əməkhaqqı isə 6,5 dəfə artırılıb!

Bütün bunların üzərinə jurnalistlərə, qaçqın və məcburi köçkünlərə, müharibə veteranları və əlillərə, şəhid ailələri və hərbçilərə, idmançı və zəlzələdə, daşqınlarda ziyan çəkənlərə verdiyi saysız-hesabsız təmirli mənzilləri, avtomobilləri gələndə görün hara vurur!

Dövlət başçısı daha bir addımı "Diqlas” ticarət mərkəzi yanaraq oradakı çoxsaylı sahibkarlara ciddi maddi ziyan dəyəndə atdı: vətəndaşların zərərini dövlət öz üzərinə ğötürdü!

Əslində sərbəst bazar iqtisadiyyatı şəraitində hərə öz qazanc və ziyanına yiyə durur!

Dünyanın heç yerində dövlət belə məsələlərə müdaxilə etmir!

Sosial şəbəkə iştirakçıları arasında belə bir mövqeyi əks etdirən status paylaşanlar da vardı:

"Nə üçün dövlət sahibkarın ziyanını ödəməlidir, axı sahibkar özü üçün qazanıb, vergidən başqa dövlətə heç nə verməyib?”

"Bizim bütün problemlərimizi dövlət qarşılamalı, dövlət vəsaiti hesabına bütün çətinliklərimiz həll olunmalıdır - özünü real həyatda doğrultmamış sovet dövrü psixologiyasından haçan yaxa qurtaracağıq?”

Əlbəttə, bu cür düşünənlərin söylədiklərində bir həqiqət də var idi və buna görə həmin insanları qınamaq çətindir!

Doğrudan da mal və qazanc sənin, yer sahibkarın - dövlət isə heç birinizin işinə qarışmayıb!

Belədə ziyanınıza niyə şərik olmalıdır?!

Obyektivlik və rasionallıq baxımından məntiqli sual və yanaşmadır!

Lakin çatışmayan cəhətləri də var!

Bu yanaşmada humanizm görünmür!

Bu yanaşmada insanları dardan qurtarmaq istəyi yoxdur!

Bu yanaşmada malını-varını itirən, işindən məhrum olan, farsmajor nəticəsində borca və çıxılmaz vəziyyətə düşən insanların halına yanıb dərdinə qalmaq istəyi çatmır!

İlham Əliyev tərəddüd göstərmədən humanizm və insanlıq mövqeyində dayandı!

Böyük ürək sahibi olaraq, alicənab addım atdı!

Özünü həm də səxavətli, əliaçıq və təmizqəlbli insan kimi göstərdi!

Ciddi itkiyə məruz qalanların dadına çatmaq barədə qəti qərarını verdi: "...Biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar... Biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”.

Bəli, dövlət başçısı yenə də vətəndaşının yanında olduğunu sübuta yetirdi!

Necə deyərlər, sığorta təşkilatının funksiyasını dövlət öz üzərinə götürdü, sığortasız mallardan sahibkara dəyən ziyan qarşılandı!

Həm də yalnız humanizm və insanlıq prinsiplərini əsas götürməklə!

İLHAM ƏLİYEV SƏXAVƏTİ:

* Xalqını sevən dövlət rəhbərinin səxavətidir!

* Vətəndaşı çətin duruma düşən dövlət başçısının həmişə olduğu kimi, yenə də ürəkdən gələn səxavətidir!

* Daim seçicilərinin yanında olan və onların bütün problemlərinə həssaslıqla yanaşan və dərhal kömək əli uzadan əsl Xalq Prezidentinin səxavətidir!

Belə Prezidenti kim sevməz və kim onunla fəxr etməz?!

ƏLBƏTTƏ, HAMI SEVƏR!

Bütün sorğularda və prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin seçici səsi ilə verdiyi birmənalı müsbət cavabdır!

Üstəlik ümumxalq məhəbbəti ilə yoğrulmuş cavab!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video