04 Aprel 2019 00:39
416
CƏMİYYƏT
A- A+

Onu şəhidlik zirvəsinə ucaldan vətən, xalq sevgisi olub


İllər ötüb, qərinələr keçsə də şəhidlər unudulmur, həmişə minnətdarlıq hissi ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Onları şəhidlik zirvəsinə ucaldan vətən, xalq sevgisi idi. Ölümün gözlərinə dik baxıb torpaqlarımızın bütövlüyü uğrunda canından keçənlərdən biri də Etibar Xəlilovdur.

O, 1961-ci ildə Samux rayonunun Yuxarı Ağasıbəyli kəndində sadə, əməksevər ailədə anadan olmuşdu. Ailənin 7-ci övladı idi. Atası Bayram kişi təkcə kəndin yox, rayonun sayılıb-seçilən ağsaqqallarından idi. Ən böyük arzusu övladlarını ali təhsilli görmək idi. Onlar da bu arzunu gerçəkləşdirirdilər. Etibar Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunu bitirib Bakı Baş Tikinti İdarəsində mühəndis kimi fəaliyyətə başlamışdı. Həmin dövrdə ermənilərin torpaq iddiası ilə Azərbaycana qarşı başladıqları müharibənin qızğın çağı idi. Hər gün eşitdiyi acı xəbərlər Etibarı da rahat buraxmırdı. O, hərbi komissarlığa gəlib cəbhəyə getmək arzusunu bildirdi. Cəbhəyə yola düşəndə anası Zeynəb xala dedi: - Mən səni vətən üçün böyütmüşəm. Onu düşməndən qorumaq vaxtıdır. Get, yolun açıq olsun. Gün o gün olsun ki, şad xəbərlə qayıdasan.

Anasının öyüdü Etibara qol-qanad verdi, döyüşlərdə irəlidə getdi, nümunə göstərdi. Lakin 1994-cü il mayın 6-da Etibar Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Onu müqəddəs bir məkanda - İmamzadə qəbiristanlığında torpağa tapşırdılar. İndi həmin məzar rayon sakinlərinin ziyarətgahına çevrilmişdir. Şəhidin doğum və anım günlərində məzarın ətrafı insanlarla dolu olur. Onlar Etibarın igidliklərindən danışır, məktəblilər ona həsr edilmiş şeirlər söyləyirlər.

Etibar Xəlilovun iki oğul yadigarı var. Özü bu günləri görməsə də, övladları Xəlil və Xəqan atalarının qanı bahasına əldə olunmuş xoş günlərin şahididirlər. Hər cür dövlət qayğısı ilə əhatə olunmuşlar. Hər ikisi ali təhsillidir. Ailə dövlət tərəfindən Bakı şəhərində ikiotaqlı mənzillə də təmin edilib.

Etibarın bacısı Kəmalə Xəlilova dedi ki, dövlətin göstərdiyi diqqət və qayğıdan çox razıyıq. Sağ olsun Prezident. Qardaşımın ailəsinə həmişə dəstək olub. Şəhid ailəsi kimi Prezident təqaüdündən yararlanırlar. Bu yaxınlarda dövlət başçısının həmin təqaüdü 58 manat artıraraq 300 manat etməsi də şəhidlərə göstərilən diqqət və qayğının daha bir təzahürüdür. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmənin verilməsi Etibarın ailəsində də razılıqla qarşılanmışdır. Göstərilən bu qayğıya görə də şəhidin ailə üzvləri dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

S.ƏLİYEV,

"Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video