04 Aprel 2019 00:38
369
CƏMİYYƏT
A- A+

Əfv olunmağı taleyini dəyişdi


Mirabdulla Mirələm oğlu Əliyev gənc yaşlarından zəhmətə alışmış insanlardandır. Həyat yoldaşı Ənivəslə əl-ələ verib ömür sürüblər. Amma bir gün avtomobillə törətdiyi qəza onun taleyini tamamilə başqa istiqamətə yönəltdi. Deyir ki, maşını həmişə təmkinlə idarə etmişəm. "Heç kəsin üzünə ağ olmamışım. Ailədə uşaqlıqdan halallıq görmüşəm və bununla fəxr edirəm. Sürücü kimi çox insanı müxtəlif yerlərə aparmışam. Zəhmət haqqımı verən də olub, verməyən də”.

Bir gün axşamüstü Sumqayıta qayıdanda qəza törədir. Həyəcandan özünü itirib evə gəlib adam vurduğunu bildirir və yenidən hadisə yerinə qayıdır. Polis orqanlarına bildirir ki, günahkardır: "Onlar məni yaxşı sürücü kimi tanıyırdı. Onlardan biri dedi ki, sənin yol hərəkət qaydasını pozduğunu görməmişəm”.

Mirabdulla Əliyev 2016-cı ilin yanvarında məhkəmənin qərarı ilə mühakimə olunaraq cəzaçəkmə müəssisəsinə göndərilir.

Həyat yoldaşı deyir ki, törətdiyi qəzanın Mirabdullanın səhvi olduğunu bilirdik. Hər kəs etdiyi səhvi etiraf edəndə daxilən bir sakitlik yaranır.

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Mirabdulla Əliyev ona verilən cəzanın qalan hissəsindən azad edilib. Bu sevinci onun ailə üzvlərinin üzündən oxumaq o qədər də çətin deyil.

Mirabdulla deyir ki, səhvimin cəzasını çəkirdim: "Həbsxana həyatı yaşayanlara "Allah qapısını açsın” duasını edirlər. Taleyimin qaranlıq qapısını Prezident İlham Əliyev açdı. İndi yenidən doğulmuş kimiyəm. Bütün bunlara görə dövlət başçısına minnətdaram. Novruz bayramını ailəmlə, yaxınlarımla keçirməyi Prezidentin hədiyyəsi sayıram. Bildiyim bütün xoş sözləri Prezidentə ünvanlayıram. Çünki bir ocağın işığını yandırmaq əsl rəhbərə xas keyfiyyətlərdir”.

Ənivəs xanım bildirir ki, onu qarşılamağa gedəndə nəvələrini də özü ilə götürüb: "Qızım Çiçəyin və oğlumun övladlarını ona göstərəndə necə kövrəldiyini sözlə deyə bilmirəm. Bizim ailəyə bəxş etdiyi bu sevincə görə ömrümüzün sonunadək dövlət başçısına borcluyuq”.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video