Alternative content

15:48 17 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini proqnozlaşdırır
Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini proqnozlaşdırır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:32 04.04.2019


Asiya İnkişaf Bankı 2019-cu ildə Azərbaycanda iqtisadiyyatın 2,5 faiz artacağını proqnozlaşdırır. Yayılan məlumata görə, bu barədə bankın hesabatında qeyd olunub. Hesabata əsasən, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 2,7 faiz artacaq.

Bildirilir ki, Azərbaycanda xidmət və kənd təsərrüfatı sahələrində genişlənmənin davam etməsi, sənayedə isə daralmanın azalması fonunda 2018-ci ildə ÜDM-in artımı güclənib. Manatın məzənnəsinin stabilliyi sayəsində inflyasiya dərəcəsi sabitləşib, neft qiymətlərinin yüksəlməsi isə cari əməliyyatlar hesabındakı profisitin artmasına gətirib çıxarıb.

2019-2020-ci illərdə dövlət xərclərinin, qaz istehsalının və qeyri-neft sektorunun genişlənməsi fonunda artım tempinin müəyyən dərəcədə artacağı, qaz ixracatının genişlənməsi sayəsində isə cari əməliyyatlar hesabındakı profisitin daha da yüksələcəyi proqnozlaşdırılır.

Hesabatda qeyd olunur ki, dominantlıq təşkil edən neft sektorunda 0,6%, iqtisadiyyatın digər sahələrində isə 1,8% həcmində artım sayəsində artım tempi 2017-ci ildəki cüzi 0,1%-dən 1,4%-dək sürətlənib.

Təklif baxımından 2017-ci ildəki 3,6%-lik azalmadan sonra bərpa olunmuş sənayedə cəmi 0,4% səviyyəsində daralma müşahidə olunub. O cümlədən mədənçıxarma sənayesində bərpa ilə istehsal sahələrində 7,9%-lik artım inşaat sektorunda kəskin azalmanı əsas etibarilə neytrallaşdırıb.

İri dövlət investisiya layihələrinin başa çatdırılması ilə əlaqədar əsaslı xərclərin azalması nəticəsində inşaat sektorunda daralma 2017-ci ildəki 1,5%-dən 9%-dək genişlənib. Kənd təsərrüfatı fermerlərə, xüsusilə 6,8% artmış taxıl istehsalına dövlət dəstəyi səbəbindən 2017-ci ildəki 4,2%-dən 4,6%-dək artıb. Xidmət sektorunda artım tempi, turizm və nəqliyyat sahələrində genişlənmə sayəsində 3,5% səviyyəsində qərarlaşaraq yüksək olaraq qalmaqdadır.

Orta illik inflyasiya dərəcəsi neft ixracatı üzrə qiymətlərin yüksəlməsi və məzənnənin sabitləşdirilməsi məqsədilə dövriyyədə olan valyutanın həcminə nəzarətin gücləndirilməsi sayəsində 2017-ci ildəki 12,9%-dən 2,3%-dək, baza inflyasiyası isə 1,8%-dək kəskin surətdə azalıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM