Alternative content

15:46 17 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dünyada kosmik xidmətlər ixrac edən azsaylı ölkələrdən sayılır
Azərbaycan dünyada kosmik xidmətlər ixrac edən azsaylı ölkələrdən sayılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:32 04.04.2019


Yanvar-fevral aylarında bu xidmətlərdən 2 milyon dollarlıq qazanc əldə olunub


Son dövr daha sürətlə həyata keçirilən iqtisadi islahatlar sayəsində qeyri-neft sektorunda məhsul istehsalı xeyli artıb. Hətta bəzi sahələrdə artım faizlə deyil, dəfələrlə ölçülür. Bu nailiyyətlər dövlət başçısının təşəbbüsü ilə aqrar sektorda ənənəvi sahələrin dirçəldilməsindən sonra daha da intensivləşib.

Son məlumatlara əsasən, cari ilin yanvar-fevral aylarında ümumi ixracın məbləği 3,2 milyard dollar təşkil edib. Bunun 282 milyon dolları qeyri-neft sektoru məhsullarının payına düşüb. Həmin dövrdə ən çox məhsul ixrac etdiyimiz ölkələr İtaliya, Türkiyə, Rusiyadır. Təkcə İtaliya ilə ticarət dövriyyəsinin həcmi 1 milyard 239 milyon dollardan çox olub. Qeyri-neft sektoruna aid məhsulların ixrac edilən ölkələr sırasında isə Türkiyə, Rusiya və Gürcüstan öndədir.

Hesabat dövründə meyvə-tərəvəzin ixracının dəyəri 76 milyon, elektrik enerjisinin - 30,5 milyon, plastmas və ondan hazırlanan məmulatların - 30,1 milyon, pambıq lifi - 26 milyon, alüminium və ondan hazırlanan məmulatların - 13,5 milyon, kimya sənayesi məhsullarının - 12,6 milyon, qara metallar və ondan hazırlanan məmulatların - 6,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin - 4,1 milyon, pambıq lifliyi ixracının dəyəri isə 3,7 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 2 ayında bir sıra məhsullar üzrə ixracın dinamikası da yüksək olub. Belə ki, həmin dövrdə pambıq lifinin ixracı 2,6, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, kimya sənayesi məhsullarının ixracı 90, elektrik enerjisinin ixracı 50, meyvə-tərəvəzin ixracı 30, plastmas və onlardan hazırlanan məmulatların ixracı 26 faiz artıb. Təkcə fevral ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 144 milyon dollar təşkil edib. Həmin ayda bu sektor üzrə elektrik enerjisinin ixracı 19,4 milyon dollara yüksələrək ilk yeri tutub. Elektrik enerjisi ilə yanaşı, pambıq lifi (mahlıc), qabığı təmizlənməmiş meşə fındığının ixracı da yüksək olub.

Məlumdur ki, Azərbaycan dünyada az sayda olan kosmik ölkələrdən biridir. Dövlətin bu sahənin inkişafına göstərdiyi dəstək indi iqtisadi səmərəsini verir. Cari ilin yanvar-fevral aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib və bundan 2 milyon dollar gəlir əldə olunub. Yalnız fevral ayında bu qurum tərəfindən dünyanın 14 ölkəsinə 952 min dollarlıq xidmət göstərilib. "Azərkosmos”un yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Nigeriya və Gürcüstan olub.

Qeyri-neft sektorunun inkişafı ölkəmizdə iqtisadi əlaqələrin coğrafiyasının da genişlənməsinə imkan yaradıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nda göstərilir ki, "Azexport.az” portalına 2 ay ərzində müxtəlif ölkələrdən 145,6 milyon dollarlıq ixrac sifarişləri daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə portala daxil olan ixrac sifarişləri dəyər baxımından 22,3 faiz artıb. Təkcə fevralda portala daxil olan sifarişlərin dəyəri 53,9 milyon dollar təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 43,4 faiz çoxdur.

Göstərilən dövrdə portala daxil olan ixrac sifarişlərinin ən çox alındığı ölkələr Türkiyə, Rusiya, ABŞ, Hindistan, Gürcüstan olub. Ümumiyyətlə, 2017-ci ilin yanvarından bu il fevralın 28-dək portala dünyanın 123 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 134,7 milyon dollar təşkil edib.

Onu da qeyd edək ki, həyata keçirilən iqtisadi islahatlar ixrac prosesini xeyli asanlaşdırıb. Bu hesaba cari ilin mart ayında "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft məhsullarının ixracının dəyəri 6,8 milyon dollara çatıb. Eyni zamanda qurum tərəfindən sahibkarlara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun sayəsində 20,1 milyon dollarlıq qeyri-neft məhsullarının ixracı həyata keçirilib.

Açıqlanan rəqəmlərdən aydın görünür ki, həyata keçirilən iqtisadi islahatlar və bunun sayəsində qeyri-neft sektorunun sürətli inkişafı ölkəmizin ixrac imkanlarını və coğrafiyasını diqqətçəkən dərəcədə genişləndirib. Enerji, sənaye, emal, kənd təsərrüfatı sahələri üzrə məhsulların ixracı ildən-ilə artır. İndi ölkəmiz dünyaya hətta yüksəkkeyfiyyətli kosmik xidmətlər ixrac etməyə qadirdir.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM