04 Aprel 2019 00:23
844
Mədəniyyət
A- A+

Bizi deyib gələn və bizimlə qalan yazıçı


Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış, yeni ədəbi məktəb formalaşdırmış görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə həyata keçirilən tədbirlər davam edir. Qeyd edək ki, Prezident İlham Əliyev yazıçının yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub.

Yazıçı-dramaturqun "Ölülər”, "Anamın kitabı”, "Danabaş kəndinin əhvalatları”, "Dəli yığıncağı” və digər pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. Qələm ustası həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirməyə müvəffəq olub.

Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparan ziyalılarımızdan biri idi. Mirzə Cəlilin dəyərli nəsr əsərləri, parlaq publisistikası elə öz dövründə də ədəbi-mədəni və mətbu mühitdə şöhrət qazanmışdı. Görkəmli ədibin dühasının məhsulu olan "Molla Nəsrəddin” jurnalı xalqı milli oyanışa, yeniliyə səsləyir, azadlıq ideyalarını təbliğ edirdi.

Yubiley tədbirləri çətrçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminin keçirilməsi, eləcə də ölkəmizin mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlərin təşkili nəzərdə tutulub.

Yubiley ilində mədəniyyət mərkəzləri, klub və mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən yazıçının əsərlərindən ibarət tamaşaların hazırlanması nəzərdə tutulur.

Həmçinin tədbirlər planında Avstriya, Fransa və Özbəkistandakı Azərbaycan səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə ədibin yubileyinə həsr olunmuş tədbirlər həyata keçiriləcək.

Bakı Xoreoqrafiya Akademiyasında "Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin ədəbi məktəbi” mövzusunda elmi-nəzəri konfrans və "Böyük demokrat publisist Cəlil Məmmədquluzadənin dramaturgiya yaradıcılığı” mövzusunda "dəyirmi masa” keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Cəlil Məmmədquluzadə idealları və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda "Cəlil Məmmədquluzadə və Azərbaycan dili” mövzusunda elmi sessiya, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Molla Nəsrəddin” jurnalının transliterasiya problemlərinə həsr olunmuş elmi sessiya, Folklor İnstitutunda "Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda elmi konfrans, A.Bakıxanov adına Tarix İnstitutunda "Cəlil Məmmədquluzadənin dövrü və ictimai-siyasi proseslərin başlıca problemləri” adlı respublika konfransı, Fəlsəfə İnstitutunda "Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda respublika konfransı, eləcə də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil” mövzusunda elmi sessiya keçiriləcək.

Əlyazmalar İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yazıçı-dramaturqun həyat və yaradıcılığına və "Molla Nəsrəddin” jurnalına həsr olunan sərgilər təşkil olunacaq.

Həmçinin yubiley ilində nəşr layihələri də nəzərdə tutulub. "Molla Nəsrəddin” Ensiklopediyası”, "Ustad Mirzə Cəlil Məmmədquluzadə” monoqrafiyası, "Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” adlı biblioqrafik göstərici nəşr ediləcək.

Tədbirlər planına əsasən, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda, birliyin bütün filiallarında və Mirzə Cəlilin Bakıdakı ev-muzeyində anım gecələri təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video