04 Aprel 2019 00:22
586
Mədəniyyət
A- A+

“Qaratoxmaq qadın” Heydər Əliyev Mərkəzində


Aprelin 16-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının xalq artisti Yevgeni Knyazevin dahi rus şairi Aleksandr Puşkinin "Qaratoxmaq qadın” povestinin motivləri əsasında hazırladığı monotamaşası təqdim olunacaq.

Tanınmış teatr və kino aktyoru Y.Knyazev 1982-ci ildə Moskvada Y.Vaxtanqov adına teatrda fəaliyyətə başlayıb. O, 1996-cı ildə həmin teatrda "Qaratoxmaq qadın” tamaşasında German rolunu oynayıb. Əsərə Pyotr Fomenko quruluş verib. Bundan illər sonra Y.Knyazev səhnədə tərəf-müqabillərindən imtina edir və "Qaratoxmaq qadın”ı tək yaradır: yalnız German obrazını deyil, Liza, Qrafinya rollarını da oynayır.

Minimum dekorasiyadan istifadə edilən səhnədə Y.Knyazevin parlaq ifası, qəhrəmanları ustalıqla canlandırması tamaşaçılara A.Puşkin yaradıcılığının sehrinə düşməyə imkan verəcək.

Y.Knyazev Y.Vaxtanqov adına teatrın səhnəsində onlarla obraz yaradıb, eyni zamanda bir sıra digər teatrlarla əməkdaşlıq edib. O, kinoya ilk dəfə 1983-cü ildə çəkilib, debütünü "Gecikmiş məhəbbət” filmində epizodik rolla edib. Daha sonralar aktyor filmlərdə baş rollarda oynayıb, həmçinin bir neçə ekran əsərində tarixi obrazlar yaradıb, 2000-ci illərdə isə teleseriallara çəkilməyə başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video