03 Aprel 2019 21:48
629
CƏMİYYƏT
A- A+

Ədliyyə orqanlarında vətəndaşlara xidmət səviyyəsi yüksəlir


Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, əhaliyə göstərilən hüquqi xidmətlərin səviyyəsinin artırılması və müraciət imkanlarının asanlaşdırılması məqsədilə 14 elektron informasiya sistemi tətbiq olunur. Həmçinin vətəndaşlara göstərilən 30-dan çox elektron-xidmətdən istifadənin sayı 11 milyonu ötüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlara daha çox xidmətlərin göstərildiyi notariat fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, bu sahədə innovasiyaların geniş tətbiqi məqsədi ilə dövlətimizin başçısının təşəbbüsü ilə 2018-ci il noyabrın 15-də "Notariat haqqında" Qanuna əsaslı dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, məsafədən xidmətlərin göstərilməsini mümkün edən elektron ədliyyə köşkü yaradılıb, təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə, o cümlədən sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılacaq köşklər notariuslarla videoəlaqə vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq. Bu günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda elektron ədliyyə köşkü istifadəyə verilib.

Eyni zamanda, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan xüsusi çanta və dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan bütün notariat fəaliyyətinə dair mobil telefona yüklənən proqram təminatı hazırlanıb.

Həyata keçirilən tədbirlərin davamı olaraq notariat əməliyyatları ilə bağlı rəsmiləşdirilmiş çoxsaylı sənədlərin vahid məkanda toplanaraq saxlanılmasını təmin edən, habelə bu sənədlərdən yararlanmaq imkanını asanlaşdıran dövlət notariat arxivi üçün yeni müasir xidmət sahəsi istifadəyə verilib. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində arxivin yeni infrastrukturu zəruri avadanlıqlarla təchiz edilib. Ötən əsrin 20-ci illərindən başlayaraq son dövrlərədək rəsmiləşdirilməsi aparılmış 1,5 milyona yaxın sənədlərin mühafizəsi üçün daha əlverişli şərait yaradılıb, o cümlədən sənədlərin saxlanılmasını təmin edən 750 stellaj quraşdırılıb.

Aprelin 3-də yeni xidmət sahəsinin istifadəyə verilməsi ilə bağlı təqdimat keçirilib. Tədbirdə nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov iki yüz ilə yaxın tarixi olan notariatın keçdiyi inkişaf yolundan və vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllində mühüm rolundan bəhs edib. O, bu sahədə aparılan islahatların və tətbiq olunan yeniliklərin əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, ədliyyə orqanlarına əlçatanlığın asanlaşdırılmasına və şəffaflığın artırılmasına yönəldiyini vurğulayıb, nazirliyin rəhbərliyinin notariat arxivində yaradılan müasir şəraitlə tanış olduğunu və müvafiq tapşırıqlar verdiyini bildirib, göstərilən dəstəyə görə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu vurğulayaraq, vətəndaşların maraqlarının qorunması işində xüsusi əhəmiyyətə malik dövlət notariat arxivinin işinin müasir tələblər səviyyəsində təşkilini təqdir edib.

Sonda yeni xidmət sahəsində yaradılan şəraitlə tanışlıq olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video