03 Aprel 2019 17:50
468
DÜNYA
A- A+

Qazaxıstanın yeni Prezidenti latın əlifbasının tərəfdarıdır


Qazax dilinin latın qrafikalı əlifbaya keçməsi mənəvi modernləşmənin əsas mərhələlərindən biri olacaq. Bu bəyanatla Qazaxıstan Prezidentı Kasım-Jomart Tokayev çıxış etmişdir.

Dövlət başçısının dediyinə görə, "əlifba seçimi təkcə yazı şablonu seçimi deyil. Bu gün Qazaxıstan zamanın tələblərindən geri qalmır: qonşu ölkələr də latın qrafikasını seçmiş, dünyada informasiyanın 90 faizi latın əlifbasında dərc olunur. Məlumdur ki, kim informasiyaya sahibdirsə, onun elmi və texnologiyası inkişaf edir”.

Tokayev əlavə etmişdir ki, bir çox ictimai təşkilatlar və şirkətlər artıq latın qrafikasından istifadə edir. Prezidentin dediyinə görə, latın əlifbasına keçid mərhələli şəkildə, müəyyən olunmuş cədvələ uyğun olaraq həyata keçiriləcək.

Xarırladaq ki, ötən ilin fevral ayında respublikanın ilk Prezidenti Nursultan Nazarbayev latın qrafikası əsasında yeni qazax əlifbasını təsdiqləmişdir. Əlifbada 32 hərf var və apostrof yoxdur.

Qazaxıstan hökuməti dövlət dilinin latın qrafikasına keçidini 2025-ci ildə başa çatdırmağı planlaşdırır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video