03 Aprel 2019 01:18
1422
Qanunlar
A- A+

“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 13-cü və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 64; 2009, № 12, maddə 951; 2012, № 7, maddə 644; 2013, № 3, maddə 211, № 12, maddə 1481; 2018, № 4, maddə 635) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5-ci maddənin 1-ci hissəsinin birinci abzasına və 2-ci hissəsinə, 29-cu maddənin 6-cı hissəsinə "orqanının” sözündən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

1.2. 6-cı maddənin 1-ci hissəsinin ikinci abzasında "orqanında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda” sözləri "orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin;

1.3. 38-ci maddənin 1-ci hissəsində "orqanı” sözü "orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 2. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 485; 2004, № 7, maddə 505; 2009, № 5, maddə 296; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 645; 2013, № 12, maddə 1482; 2018, № 4, maddə 636) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 15-ci, 20-ci və 30-cu maddələrinin birinci hissələrinə "orqanının” sözündən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

2.2. 16-cı maddədə "orqanı” sözü "orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 3. "İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 975) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 9.1-ci, 10-cu və 11-ci maddələrdə "orqanı” sözü "orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

3.2. 12.1-ci maddədə "orqanlarının onlara” sözləri "orqanının müəyyən etdiyi orqanın (qurumun) ona” sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video