Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344; № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, №7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979; № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19; № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646; № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438; №10, maddə 1963, №11, maddələr 2188, 2191, 2214, 2217, 2231; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1357-VQD, 1371-VQD və 1377-VQD nömrəli, 7 dekabr tarixli 1382-VQD və 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD və 1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD və 1432-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 43.1-ci maddəyə hər iki halda "açıq məkanda” sözlərindən əvvəl "tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.
2. 394.0.7-ci maddəyə "habelə” sözündən sonra "tikintisinə icazə tələb olunan açıq məkanda” sözləri əlavə edilsin.
3. 395.1-1-ci maddədə "ölçülərindən asılı olmayaraq” sözləri "tikintisinə icazə tələb olunan” sözləri ilə əvəz edilsin.
4. 395.2-ci maddəyə "açıq məkanda” sözlərindən əvvəl "tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.
5. 428.7.1-ci maddədən ", texniki şərtlər pasportu və icazə müqaviləsi” sözləri çıxarılsın və "onların” sözü "onun” sözü ilə əvəz edilsin.
6. 428.7.3-cü maddəyə "sahəsində” sözündən sonra "(o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində)” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2019-cu il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayı
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində mara...
24 Aprel
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...
24 Aprel
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
24 Aprel
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
24 Aprel
Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlar...
24 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasim...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!