Alternative content

08:39 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Cənub qaz dəhlizi” mənzil başına yaxınlaşır
“Cənub qaz dəhlizi” mənzil başına yaxınlaşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:40 03.04.2019


Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq "Cənub qaz dəhlizi”nin bütün seqmentləri üzrə işlər nəzərdə tutulan qrafikə uyğun irəliləyir. Məlum olduğu kimi, bu layihə 4 seqmentdən ibarətdir. Bunlar "Şahdəniz-2”, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP (Transanadolu Qaz Boru Kəməri) və TAP-dır (Transadriatik Qaz Boru Kəməri).

"Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi olan "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk qazın hasil olunması üzrə həyata keçirilən tədbirlər tamamlanıb. Avadanlıqlar və qurğular üzrə aparılan işlərin 92,5 faizi icra olunub. CQBK-nın genişləndirilməsi ilə bağlı işlər də sona çatmaq üzrədir.

CQBK 13 ilə yaxındır fəaliyyət göstərir və "Şahdəniz-1” qazını nəql edir. Kəmərin yolu Səngəçaldan başlanır. CQBK Azərbaycanın və Gürcüstanın ərazisində torpağın altı ilə uzanır və Türkiyə sərhədinə çatır.

Türkiyədə kəmərə əlavə bir xətt də birləşdirilir və beləliklə, Azərbaycan qazı Ərzurumadək nəql olunur. Səngəçaldan başlayaraq Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 və Türkiyədə 280 kilometr məsafə boyu uzanan bu boru xətti bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Əslində, "Cənub qaz dəhlizi”nin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz bu kəmərdir.

CQBK-nın genişləndirilməsi irimiqyaslı layihə idi. Belə ki, mövcud CQBK ilə yanaşı, 489 kilometr uzunluğunda yeni bir kəmərin tikintisi aparıldı. Bu xəttin 424 kilometri Azərbaycanın, 63 kilometri Gürcüstanın ərazisinə düşür. Layihəyə eləcə də CQBK-nın Türkiyənin şərq sərhədində TANAP-a birləşdirilməsi üçün iki kilometr uzunluğunda bir hissənin də tikilməsi daxildir. 48 düymlük yeni kəmərin başlanğıcı Hacıqabul rayonu ərazisindəki Muğan məntəqəsidir.

"Şahdəniz-2” və CQBK-nın genişləndirilməsi layihələrinin uğurları ötən il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasiminin keçirilməsinə imkan verdi. Beləliklə, Azərbaycanın təbii qazı "Cənub qaz dəhlizi” sisteminə ötürüldü.

Keçən il iyunun 12-də isə Türkiyədə - Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli tədbir keçirildi.

TANAP-ın bir ucu CQBK-ya, o biri ucu TAP-a bağlanır. Bu kəmər Türkiyənin ərazisində 20-dən çox bölgədən keçir və 1900 kilometr məsafə qət edir.

"Cənub qaz dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP-ın çəkilişində, o cümlədən kəmərin Avropayadək hissəsində işlərin 99 faizdən çoxu tamamlanıb. TANAP-ın Avropaya qaz nəqlini həyata keçirəcək ikinci mərhələsi üçün nəzərdə tutulan hissəsi bu il TAP-a birləşmək üçün hazır olacaq.

TAP-ın tikintisi də sona yaxınlaşır. "Cənub qaz dəhlizi”nin son seqmenti olan bu kəmərin ümumilikdə 84 faizdən çoxu çəkilib.

TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçəcək və sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

İtaliyada TAP-ı qaz şəbəkəsinə birləşdirəcək kəmərin tikintisinin vaxtı da açıqlanıb. İnterkonnektor qaz xəttinin tikintisinə bu ilin fevral-mart aylarında başlanılması gözlənilir. "Snam-TAP” layihəsi üzrə 55 kilometrlik interkonnektor qaz xəttinin çəkilməsi nəzərdə tutulur.

TAP-ın Yunanıstan və Albaniya hissəsində marşrut boyuna xəndəyin sonacan qazılmasına da çox az qalıb.

"Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin bu il fevralın 20-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən beşinci toplantısında Prezident İlham Əliyev demişdir: "Transadriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq”.

Xatırladaq ki, "Cənub qaz dəhlizi”ni təşkil edən kəmərlər zənciri Xəzər dənizinin Azərbaycan sektorundan hasil olunan təbii qazı Türkiyəyə çatdırır və həmin ölkədən Avropaya nəql edəcək. Uzunluğu 3500 kilometr olan dəhliz vasitəsilə birinci mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur.

Türkiyəyə ilk qaz həcmlərinin nəqli keçən il iyun ayının 30-dan başlanıb. Mavi yanacağın ixracı təhlükəsiz və maneəsiz davam edir. TANAP-la indiyədək Türkiyəyə 1,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcmin cari ildə 2 milyard kubmetrə, 2020-ci ildə 4 milyard kubmetrə, 2021-ci ildə 6 milyard kubmetrə çatdırılacağı planlaşdırılır.

Gələn il TAP da Azərbaycan təbii qazını qəbul edərək onun Avropaya nəqlinə başlayacaq.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM