03 Aprel 2019 00:39
424
İQTİSADİYYAT
A- A+

Şərurda kompleks quruculuq işləri aparılır


Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda sosial-iqtisadi və mədəni obyektlərin, istehsal müəssisələrinin, təhsil, səhiyyə ocaqlarının tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, cari ildə də rayonda tikinti-quruculuq sahəsində geniş və iri layihələr icra olunur. Daha 4 kənddə sosial obyektlər, Şərur şəhərində isə mədəniyyət sarayı üçün bina tikilir. Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu yenidən qurulur, yolun yatağı genişləndirilir, qalın asfalt örtük salınmasına hazırlıq işləri görülür. Rayon mərkəzində müasir yaşayış kompleksinin də tikintisinə başlanılıb. Kompleks hər biri altımərtəbəli və 40 mənzilli üç yaşayış binasından ibarət olacaq. Həmçinin rayonda sutəmizləyici qurğular yaradılır, Zeyvə və Düdəngə kəndlərində də içməli su sistemləri qurulur, kəndlərdə fərdi yaşayış evlərinin tikintisi sürətlə aparılır.

Qeyd edək ki, bu ilin əvvəllərində Şərur şəhərində uşaq xəstəxanası, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, avtomobil yolu yenidən qurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video