Alternative content

16:33 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
16:02 24.08.2019 Yaponiyada zəlzələ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Biz həmin günləri də yaşamışıq
Biz həmin günləri də yaşamışıq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:37 03.04.2019


Hər bir insanın, xalqın taleyində ortaq nöqtələr olur. Çünki hamımız eyni hadisələri yaşayırıq, eyni aqibətin sahibi oluruq. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyilir ki, bu bayram qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuşdur.

Dövlət başçısı Novruz bayramını əcdadlarımızdan indiki nəsillərə ötürülən misilsiz yadigar kimi qiymətləndirmiş, rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyasının yer aldığını məxsusi vurğulamışdır: "Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq”.

Bu sətirləri oxuyanda sovet dönəmində Novruz bayramına qoyulan qadağalar yada düşür. O illər proletariatın dəmirçixanasındakı siyasi zindanın üstündə bütün ciddiyyəti ilə yeni sovet adamının sürəti döyülürdü. Tanrının böyüklüyü və bayramların müqəddəsliyi ilə bağlı nə vardısa, hamısı unudulmağa məhkum olunmuşdu. Amma buna qarşı çıxmaq, etiraz etmək mümkün olmasa da, hər bir kəsin qəlbində Tanrı eşqi vardı, süfrəsinə bayram xonçası qoyulardı.

Sovet rejimi bayramları yasaqlayırdı, din adamları, inancını yaşatmaq istəyənlər mənfi qəhrəmanlara çevrilirdi. Lakin insanlar sınmır, əqidəsindən dönmürdülər. İlham Əliyevin dediyi kimi, biz inamımızı, adət və ənənələrimizi yaşada bilirdik: "Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir”.

Yaxşı yadımdadır, 1975-ci ildə ulu öndər Heydər Əliyevin ilk milli kadrları Moskvada Novruz bayramını keçirməyə qərar verdilər. Moskva Energetika İnstitutunda oxuyan azərbaycanlı tələbələr yaxşı bilirdilər ki, bu, mümkün olan iş deyil. Amma rektorluğa müraciət etdilər, yaz bayramını keçirmək üçün yeməkxanalardan birinin ayrılmasını xahiş etdilər. Gözləmədiyimiz halda icazə verildi. Bundan sonra ssenari üzərində iş başladı, vəzifələr bölündü. Mart ayında Bakıdan gətirilən Novruz güllərini yeməkxananın masalarının üstünə düzəndə sevincimizin həddi-hüdudu yox idi.

Zalda işıqları söndürdük, masaların üstündə yanan kövrək şamların işığında Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi Tamam energetiklərin yazdığı şeirlə bayramın gəlişini elan etdi:

Gəlin uzaq edək qüssəni, qəmi

Biz insan qəlbinin dərinliyindən!

Dostlarım, ürək də fikir çəkərmi

Bizim ellərə Novruz gələrkən.

Moskva ola, içkisiz məclis keçə, bu, mümkün deyil. Amma bizim bayramda bu olmadı.

O vaxtdan 45 ilə yaxın vaxt ötür, amma o bayramda iştirak edənlərin heç biri bu müqəddəs günü unutmur.

İndi neçə ildir ki, baharın yurdumuza gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun yüksək təntənə ilə qeyd olunur. 45 il əvvəl Moskvada bu bayramı keçirən azərbaycanlı tələbələrin heç ağlına gəlməzdi ki, nə zamansa onların ehtiyatla qeyd etdiyi bayram UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil ediləcək, hər bir azərbaycanlının qürur mənbəyinə çevriləcək.

Bu gün ölkəmiz dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olur, Azərbaycan tolerant ölkə kimi məşhurlaşır, dünyanın tanınmış siyasiləri, politoloqları Bakının Şərqin Cenevrəsinə çevrildiyini etiraf edirlər. Paytaxtımız görkəmini dəyişir, Parisi, Milanı kölgədə qoyur.

Sonuncu Novruz bayramı da hər evə, hər bir kəsin qəlbinə xoş ovqat gətirdi. Halbuki 70 il sovet ideologiyasının təsiri altında nə bayramlarımızı qeyd edə bilirdik, nə də kimliyimizdən, tariximizdən ürək dolusu danışa. Bu gün isə başımızın üstündə məşəl kimi alışan müstəqilliyimiz, dalğalanan bayrağımız bizə keçmişimizlə, tariximizlə və milli-mədəni dəyərlərimizlə öyünməyə imkan verir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM