Alternative content

08:11 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Torpaq borclu qalmır
Torpaq borclu qalmır
ANA SƏHİFƏ / Oxucu məktubları
00:25 03.04.2019


Torpaq müqəddəsdir, həyat mənbəyidir. Zəruri olan bütün maddi nemətləri yetişdirir. Çəkilən zəhmətin, axıdılan alın tərinin qarşılığını həmişə artıqlaması ilə qaytarır, səxavətini əsirgəmir. Mən də taleyimi torpaqla bağlamışam.

Sovet dönəmində uzun illər Sabirabad rayonunda kolxoz sədri işləmişəm. O dövrdə ümummilli lider Heydər Əliyev Sabirabada da tez-tez gələr, dəyərli tövsiyələri ilə fəaliyyətimizi istiqamətləndirər, yüksək məhsuldarlığa nail olmağın yollarını göstərərdi.

Prezident İlham Əliyev də aqrar sektoru inkişaf etdirməyi qarşıya məqsəd qoyub. Bununla bağlı ənənəvi sahələr olan pambıqçılıq, baramaçılıqı, çayçılıq, üzümçülük və digər sahələrlə bağlı müşavirələr keçirib. Pambıqçılıqla bağlı ilk müşavirə Sabirabadda oldu. Müşavirədən sonra kənd çayxanalarında lövbər salan, günlərini boş-boşuna keçirən kişilər böyük inamla, həvəslə yenidən torpağa üz tutdular.

Dövlətin qayğısından, yaradılan imkandan bəhrələnib biz də pambıq əkib-becəririk. Keçən il 21 hektar sahədə məhsul yetişdirdik. Aqrotexniki tələblərə ciddi əməl edərək yüksək məhsuldarlığa nail olduq. Hər hektardan 38 sentner "ağ qızıl” götürdük. Bu, rayonumuzda yüksək nəticə sayılır. İl ərzində ümumi gəlirimiz 60 min manata yaxın oldu. Qazancımız çəkilən xərcləri ödəməklə bərabər, dolanışığımızı da təmin edir.

Cari ildə də pambıq əkmək üçün zavodla müqavilə bağlamışıq. Sahələrdə keyfiyyətli dondurma şumu edilmişdir. İndi qış aratına hazırlaşırıq. Qış aratı pambığın xəstəlik və zərərvericilərinə qarşı ən təsirli mübarizə vasitələrindəndir. Çiyid səpinində hər hektara 200 kiloqram hesabı ilə amofos verməyi nəzərdə tuturuq. Torpağın münbitliyini, məhsuldarlığını bərpa etmək üçün bu, çox lazımdır. Torpaq yumşaq, münbit və xam olanda oraya atmosfer havası yaxşı keçir, minerel və üzvi maddələrlə zənginləşir. Belə torpaqda bitkilər yaxşı inkişaf edir, məhsul bol və keyfiyyətli olur.

Təəssüf ki, əksər təsərrüfatlarda torpaqlar istismar olunur. Torpağın üzvi və kimyəvi tərkibini bilmədən bir sahəyə eyni məhsul dəfələrlə əkilir. Yaxşı olar ki, torpaqlar ayrı-ayrı bölgələr üzrə vaxtaşırı biokimyəvi analiz edilsin, mineral maddələrə olan ehtiyacları öyrənilsin. Belədə məhsul bolluğu uğrunda mübarizə daha yaxşı nəticə verər.

İxtiyar MEHDİYEV,

Sabirabad rayonu, Bulaqlı kəndində fermer



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM