Alternative content

19:33 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xaçmazda “Şəxsiyyətlər muzeyi”
Xaçmazda “Şəxsiyyətlər muzeyi”
ANA SƏHİFƏ / Oxucu məktubları
00:25 03.04.2019


Dünyada elə muzeylər var ki, binalarda - geniş otaqlarda və salonlarda deyil, açıq səma altındadır. Azərbaycanda da belə muzeylər az deyil. Məsələn, İçərişəhərin özü açıq səma altındakı muzeylərə ən bariz nümunədir.

Neçə il əvvəl xaçmazlılar da açıq səma altında bənzərsiz bir muzey yaratmaq qərarına gəldilər və bu məqsədə nail oldular. İndi "Şəxsiyyətlər muzeyi”nin xoş sorağı hər yana yayılıb.

Kimlərdir bu muzeydə heykəlləri, büstləri qoyulmuş şəxsiyyətlər? Azərbaycanın dahi şairləri, məşhur bəstəkar və müğənniləri, mahir instrumental ifaçıları, istedadlı aktyorları... Bu, ədəbiyyatımızın, incəsənətimizin sayılıb-seçilən nümayəndələrinin xatirəsinə dərin ehtiram əlaməti olmaqla yanaşı, həm də bir gözəllikdir. Çünki heykəllərin hərəsi bir sənət əsəridir.

Muzey xalqımızın görkəmli şəxsiyyətlərini tanıtmaq baxımından da dəyərlidir. Axı Xaçmaz Azərbaycanın ən qonaqlı-qaralı bölgələrindən, istər yerli, istərsə də xarici turistlərin ən çox gəldiyi rayonlardandır.

Foto Ağaəli MƏMMƏDOVUNDUR



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM