02 Aprel 2019 23:37
384
DÜNYA
A- A+

Sankt-Peterburqda baş vermiş partlayışın təfərrüatları məlum olub


Sankt-Peterburqun A.F.Mojayski adına Hərbi Kosmik Akademiyasında baş vermiş partlayışın təfərrüatları məlum olub.

AZƏRTAC xəbər verir ki, "Kommersant” qəzetinin güc strukturlarındakı mənbəyə əsasən yaydığı xəbərə görə, partlayıcı qurğu Akademiyanın binasının ikinci mərtəbəsində pilləkənin altında aşkar edilib. Kursantlar pilləkənin altında şübhəli bağlamanın olması barədə müəllimlərə məlumat veriblər. Müəllimlərdən biri, təcrübəli istehkamçı Rifat Zakirov bağlamanı zərərsizləşdirmək üçün üstünə zirehli jilet atıb və bu zaman partlayış baş verib. Bağlamada trotil ekvivalenti ilə 500 qram gücündə partlayıcı qurğu olduğu ehtimal edilir.

Hadisə nəticəsində akademiyanın müəllimləri - polkovniklər Rifat Zakirov və Nikolay Kurday, mayor Andrey Tonışev və baş leytenant Valentina Qolovaçyova xəsarət alıblar. İçində partlayıcı qurğu olan bağlamanı akademiyanın kursantlarından və ya əməkdaşlarından birinin hadisə yerinə gətirdiyi ehtimal edilir.

Faktla bağlı qəsdən adamöldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video