02 Aprel 2019 21:18
560
DÜNYA
A- A+

ABŞ Ali Məhkəməsi qəddar qatilin ağrısız ölüm haqqı olmadığını bəyan edib


ABŞ Ali Məhkəməsi Missuri ştatında ailə üzvlərini qətlə yetirmiş və edam cəzasına məhkum olmuş qəddar qatilin ağrı hiss etmədən ölüm haqqı olmadığını bəyan edib.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Ali Məhkəmənin üzvləri 50 yaşındakı qatil Rassel Baklinin onu qazla boğaraq edam etmək xahişinə rədd cavabı veriblər. Cinayətkar uşaqlıqdan burun və boğazında xəstəliyin olduğunu bəhanə edərək bildirib ki, onun zəhərli iynə vasitəsilə edam olunması dəhşətli ağrılara səbəb olacaq. Onun müraciətinə cavab verən hakim Neil Qorsuç bildirib ki, ABŞ Konstitusiyasında məhkumlara ağrı hiss etmədən ölüm haqqı verən maddə yoxdur. Məhkəmənin 5 üzvündən yalnız biri qatilin nitragin qazı vasitəsilə edamına səs verib. O, ABŞ-ın 3 ştatında edamların bu üsulla həyata keçirildiyini də bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video