02 Aprel 2019 12:11
448
İQTİSADİYYAT
A- A+

Nazirlik: Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək


Yeni nəsil kassa aparatlarının tətbiqi ilə yeniliklərdən biri kassa çeklərinə tələblərlə bağlıdır. Kassa çeklərində olan məlumatlara bir sıra əlavələr edilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Bunlardan QR-kod istehlakçıların maraqlarına xidmət edən yenilikdir.


Belə ki, mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara QR-kod reader mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb bu əlavə vasitəsilə onun düzgünlüyünü yoxlamaq olar.

Bununla yanaşı, yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çeki yoxlamaq mümkündür. Bunun üçün həmin saytdakı "Çekin yoxlanılması” bölməsinə müraciət etmək lazım olacaq.

Vətəndaşlar, həmçinin "QR-kod reader”dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı "Çekin yoxlanılması” bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.

Pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaqlar. Bu baxımdan bu vəsaitin əldə edilməsi üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir.

Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Belə ki, vətəndaşlar alış-veriş edərkən kassa çeklərini tələb etməlidirlər. Çünki kassa çekinin təqdim olunması alış-veriş zamanı keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və vətəndaşların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır. Bundan əlavə, çeklərin təqdim olunması dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Müasir texnologiyalar vergi sistemində qurulan işin daha keyfiyyətli müstəvidə aparılmasına, o cümlədən sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulmasına xidmət edir.

Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq. Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların nazirliyin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi və sair aiddir. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video