Alternative content

01:12 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lələtəpədən Ali Baş Komandana əsgər raportu: “Hücuma və qələbəyə tam hazırıq”
Lələtəpədən Ali Baş Komandana əsgər raportu: “Hücuma və qələbəyə tam hazırıq”
ANA SƏHİFƏ / SİYASƏT
01:13 02.04.2019


Lələtəpədəyik...

Şəhid qanı ilə yoğrularaq müqəddəsləşən - zəfər rəmzinə çevrilən Vətən torpağıdır bura...

Üç il öncə, şanlı Aprel zəfərində hərb tariximizin qəhrəmanlıq salnaməsinə öz şərəfli imzalarını ataraq ölümsüzlüyə qovuşan igid oğullarımızın bizlərə miras qoyub getdiyi yüksəklikdir...

Bura "Lələtəpə fatehləri”nin yoludur...

Böyük Qələbəyə aparan yüksəklikdir...

Başımızın üstündə dalğalanan üçrəngli bayrağımız qürur mənbəyidir...


Qəhrəmanlıq rəmzimiz


Üç il öncə, tarixin məhz bu günü - aprelin 2-də burada şiddətli döyüşlər gedirdi. Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirən igid oğullarımızın bəzisi bu yüksəklik uğrunda canından keçərək həm Lələtəpəni, həm də şəhidlik zirvəsini fəth edib qanları ilə qəhrəmanlıq dastanını yazdılar.

Aprel zəfərindən sonra məhz bu ərazidə "Lələtəpə fatehləri” ilə görüşən Ali Baş Komandan qələbəni qəhrəmanlıq rəmzi adlandırdı:

"Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.

Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq”.


Cocuq Mərcanlıda təmin olunan sabitlik


Hər bir azərbaycanlıya fəxarət hissi yaşadan bu yüksəkliyə Aprel döyüşlərində böyük hərbi şücaət göstərmiş Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsi nəzarət edir.

Bu, o yüksəklikdir ki, işğaldan azad edilənə qədər Ermənistan silahlı bölmələri Horadiz şəhəri başda olmaqla, Füzuli rayonunun bütün yaşayış məntəqələrini, o cümlədən Azərbaycan Ordusunun mövqelərini açıq-aydın müşahidə edirdilər, istənilən yerə atəş zərbələri endirə bilirdilər.

Artıq belə bir təhlükə yoxdur. Azərbaycan əsgəri doğma dədə-baba torpağını göz bəbəyi kimi qoruyur. Hərbçilərimiz Lələtəpə yüksəkliyindən həm də Cəbrayıl rayonunun yenidən bərpa edilən Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini təmin edirlər. 26 ildən sonra öz yurd-yuvalarına köçən cocuq mərcanlılılar bu gün Azərbaycan əsgərinə güvənərək xoşbəxt həyat sürürlər.

Burada yaradılan şərait də tam başqadır. Təkcə bir faktı söyləmək yetər. İşğaldan azad edilərkən Lələtəpəyə doğru yalnız çığırlarla qalxmaq mümkün idi. İndi bu yüksəkliyə istənilən texnika rahat hərəkət edə bilir. Hərbçilərimiz ən müasir hərbi texnika ilə, silah-sursatla təchiz ediliblər.

Tağım komandiri zabit İlkin Hüseynov deyir ki, düşmən hər zaman ayıq-sayıqlıqla izlənilir. Müşahidə məntəqəsində düşmənin bir hərəkəti belə gözdən yayınmır: "Düşməni daim nəzarət altında saxlayırıq. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Əsgərdə mənəvi-psixoloji hazırlıq yetərincə olmasa, o, döyüş hazırlığına da tam yiyələnə bilməz. Bu amillər bir-birini tamamlamalıdır. Biz bu gün bütün hazırlıqlarımızı müharibə qanunlarına uyğun olaraq qurur və düşmənlə üzbəüz mövqelərdə xidmət apardığımızı yaddan çıxartmırıq”.

Aprel döyüşlərində hərbi hissənin bir neçə igid oğlunun qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəldiyini söyləyən zabitin sözlərinə görə, onların göstərdikləri şücaət hər bir Azərbaycan hərbçisinin döyüş əzmini gücləndirdi. Bu gün Lələtəpə yüksəkliyi etibarlı əllərdədir. Burada xidmət edən hər bir əsgər istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.


Kazarma, anbar, mətbəx, hamam kompleksi yüksək səviyyədədir


Buradakı səngərlərimizlə düşmən postu arasında məsafə çox qısadır. Ancaq buna baxmayaraq, səngərlər effektiv müdafiə sistemi, yüksək səviyyəli qurğular ilə təmin edilib. Bu strateji yüksəklikdə belə bir müdafiə sisteminin yaradılması düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır. Şəxsi heyətin sosial yaşayış şəraiti isə müasir tələblərə cavab verir.

Əsgər kazarması ilə tanış oluruq. Şəxsi heyətin yüksək səliqə-sahmanı, yataq dəstlərinin təmizliyi xoş təəssürat doğurur. Postdan qayıdan əsgərlər dincəlir, istirahətlərini səmərəli keçirirlər. Əsgərlərin növbəlilik əsasında dincəldikləri hərbi kazarma normal şəraiti olan yataqxananı xatırladır. Burada anbar, mətbəx, hamam kompleksi və sanitariya qovşağı da mövcuddur. Məhz bu yüksəklikdə yaradılan şərait Azərbaycan əsgərinin əhvali-ruhiyyəsini və döyüş əzmini daim yüksəldir.


Səngər qələbə üçün müvəqqəti dayanacaqdır


Kazarma ilə tanışlıqdan sonra bayıra çıxıb tağım komandiri ilə postlara tərəf hərəkət etdik. Döyüş tapşırığını yerinə yetirən 19 yaşlı əsgər Elvin Zamanlı 9 aydır hərbi xidmətdədir. Şəki şəhərindən həqiqi hərbi xidmətə çağırılan əsgər Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Hərbi xidməti başa vurmağına 3 ay qalan Elvin burada xidmət etməyi özünə şərəf bilir:

"Hər bir əsgər istəyər ki, Lələtəpədə xidmət keçsin. Çünki bura hər birimizin and yeridir. Üç il öncə zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində Lələtəpə yüksəkliyində bayrağımız dalğalandı. Mən də hər an onlar kimi qəhrəmanlıq göstərməyə hazıram”.

Digər postda ayıq-sayıq dayanan döyüş növbətçisi əsgər Qəhrəman Məmmədov da 9 aydır bu hərbi hissədə xidmət edir. Şəmkir rayonundan olan əsgər evə adına layiq şəkildə dönmək istəyir: "Bu yüksəklik uğrunda mənim əsgər qardaşlarım savaşaraq şəhid olublar. Biz onların yolu ilə gedirik. Deyirlər ki, səngər qələbə üçün müvəqqəti dayanacaqdır. Biz də bu müvəqqəti dayanacaqdan Ali Baş Komandanın hücum əmrini qətiyyətlə yerinə yetirməyə hazırıq”.

Döyüş növbətçisi Qismət Haqverdiyev bir an belə diqqətini yayındırmır. Deyir ki, hər hansısa diqqətsizlik düşmənin xeyrinə işləyə bilər. Ona görə də əsgər postda hər zaman ayıq-sayıq olmalıdır: "Nəinki komandirlər, bütün Azərbaycan xalqı bizə güvənir. Bu məsuliyyəti hiss edərək burada xidmət göstəririk. Hər zaman diqqətliyik və istənilən döyüş tapşırığını icra etməyə hazırıq”.


"Şəhid olmağa deyil, qəhrəman olmağa gəlmişik”


Postlardan geri dönüb istirahətdə olan heyətin bir qrupu ilə çay süfrəsi ətrafında əyləşib söhbət edirik.

Zabit İlkin Hüseynov rabitə ilə bütün post başçıları ilə əlaqə yaradaraq məlumat alır və tapşırıqlarını verir. Deyir ki, ordunun gücü şəxsi heyətin ruh yüksəkliyindən asılıdır: "Bizim üçün burada yaradılan şərait Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir. Bunu qarşımızda dayanan düşmən əsgəri də yaxşı bilir və ona görə də hər an qorxu içindədirlər. Bir həmləmizə silahı atıb yenə qaçasıdırlar. Aprel döyüşlərindən sonra çox qorxu keçirirlər. Tağımın bütün şəxsi heyəti yüksək döyüş əzmindədir”.

Əsgərlərdən Kamran Hüseynov (Gəncə şəhəri, 9 ay), Niyaməddin Cabbarov (Lerik rayonu, 9 ay), Cavid Muxtarov (Göranboy rayonu, 9 ay), İlkin Həsənov (Gəncə şəhəri, 9 ay) qəhrəman hərbi hissənin əsgərləri olduqları üçün qürur duyurlar.

Azərbaycan Texnologiya Universitetinin məzunu olan Cavid Muxtarovun təxris olunmasına az vaxt qalır. Əsgər deyir ki, Aprel döyüşlərində tarix yazan hərbi hissədə qulluq etməsi onun üçün ikiqat fəxrdir: "Xidmət etdiyim hərbi hissənin zabitləri, gizirləri, əsgərləri əsl qəhrəmanlıq göstəriblər və Ali Baş Komandan İlham Əliyev həmin hərbçiləri mükafatlandırıb. Evə qayıtmağıma az vaxt qalsa da, hələ də ümidliyəm ki, biz də qəhrəmanlar kimi ordudan tərxis oluna bilərik. İstəyirəm ki, Ali Baş Komandan hücum əmri versin və önümüzdə hər an vahimə içərisində dayanan erməni əsgərini torpaqlarımızdan qovub çıxaraq”.

Digər əsgərlər də Cavidlə həmfikirdirlər. Kamran deyir ki, tək arzuları səngərdən qalxıb düşmən üzərinə yerimək, onları əzib keçməkdir. "Düzdür, şəhidlik ölməzlik zirvəsidir. Amma bu gün şəhid olmaqdan çox, qalib gəlmək, qəhrəman, qazi olmaq üçün savaşmalıyıq. Vətənin bizə oğul deməsi üçün döyüşməliyik və buna hər an hazırıq”.

Düşmənlə ən yaxın məsafədəki səngərdə dayanan məğrur Azərbaycan əsgərinin böyük ruh yüksəkliyi, döyüş əzminin şahidi olmaq həqiqətən qürurvericidir. Elə bu xoş təəssüratlarla hərbçilərimizlə sağollaşıb hərbi hissəyə yollanırıq.


Zəngin qida rasionu var, naharda ətsiz yemək yoxdur


Nahara az qalıb. Şəxsi heyət üçün hazırlanan nahar və ümumiyyətlə, qida rasionu ilə tanışlıq üçün birbaşa yeməkxanaya üz tuturuq.

Yeməkxanada səliqə-sahmana və təmizliyə tam riayət edilir. Bütün avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Digər hərbi hissələrdə olduğu kimi, burada da aşpazlar, yeməkxana və mətbəx işçiləri mülki şəxslərdir. Qidalanmada yeni sistem yaradılması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə müsbət təsir göstərib. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən xörəklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Burada ümumilikdə 40 nəfərə yaxın mülki şəxs çalışır. İşçilərin çoxu qadınlardır.

Günorta yeməyinin menyusu artıq vitrindədir. Sulu yeməklərdən noxud şorbası, quru yeməklərdən isə qızardılmış makaron mal əti ilə süfrəyə verilir. Bundan başqa, kələm-kök salatı, sarımsaq da menyuda var. Yeməkdən sonra istəsən alma yeyə, istəsən də onun qablaşdırılmış şirəsindən içə bilərsən.

Hərbi hissənin ərzaq xidməti rəisi zabit Şərafət Kərimov həftəlik qida rasionunu bizə təqdim edir. Şəxsi heyətin qida rasionu həqiqətən zəngindir.

Səhər yeməyində hər gün şirin çay, yağ, pendir və meyvə cemi verilir. Lakin bunlarla yanaşı, həftənin müxtəlif günlərində əsgərlərə qatı şəkərli süd, südlü düyü, südlü vermişel, qayğanaq və soyutma yumurta verilir.

Nahar yeməkləri də bir neçə çeşidlidir. Sulu yeməklərdən - küftə, borş, eləcə də noxud, lobya və mərci şorbası bişirilir. Quru yeməklərdən isə qovurulmuş ətlə makaron, çəkilmiş mal əti ilə qarabaşaq, düyü mal əti ilə, həmçinin qazan kotleti, arpa sıyığı ətlə, soyuq qəlyanaltı, səbzi plov və turşu qovurma plovları olur.

Şam yeməyində isə qiyməli qarabaşaq, bütöv arpa, makaron, bulğur sıyığı, kartof püresi ilə balıq konservi və qızardılmış balıq olur. Həmçinin hərbçilər mövsümi tərəvəz, kələm, vineqred, vitaminli salatlar, eləcə də su və bir nəfər üçün nəzərdə tutulmuş 200 qramlıq meyvə şirəsi ilə də təmin edilirlər.


Adını hərb tariximizə yazdıran hərbi hissə


Nahardan sonra Aprel döyüşlərində böyük şücaət göstərərək adını hərb tariximizə qızıl hərflərlə yazdıran hərbi hissə ilə tanış oluruq.

Qalib gələn hərbi hissə öz qəhrəmanları ilə öyünür. Aprel döyüşlərində bir neçə şəhid verən hərbi hissənin 4 milli qəhrəmanı var. Bundan başqa, 9 hərbçi "Azərbaycan bayrağı” ordeni, 4 hərbçi "Vətən uğrunda”, 26 hərbçi isə "İgidliyə görə” medalları ilə təltif olunub.

Hərbi hissənin ərazisində qərargah, kazarmalar, yeməkxana, tibb məntəqəsi, hərbi hissəyə təşrif buyuranlar üçün qonaq otaqları və hamam kompleksi mövcuddur. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün idman şəhərciyi də salınıb. Qərargahın binasında Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, hərbçilərlə görüşlərini əks etdirən və alayın Aprel döyüşlərində şəhid olmuş igidlərinin, eyni zamanda Azərbaycanın bütün milli qəhrəmanlarının fotolarından ibarət guşə yaradılıb. Ön cəbhədəki hərbi hissənin əsgər kazarmalarında səliqə-sahmana, təmizliyə söz ola bilməz. Burada hərbi qulluqçuların istirahəti üçün hər cür şərait var.


Zəfər yürüşünə qadir ordu


Ön xəttdəki hərbi hissədə özünü göstərən əhvali-ruhiyyə və hərbi quruculuq prosesi böyük qürur hissi doğurur.

Bütün bunların şahidi olarkən insanda bir əminlik yaranır. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusunun yenilməz ordu olduğuna əmin olursan. Ən müasir hərbi texnikaları, yeni silahları və onlardan asanlıqla istifadə etməyi bacaran şəxsi heyətlə tanışlıqdan sonra bir daha Azərbaycan Ordusuna güvənib, inanırsan ki, işğal altındakı torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, ordumuz onu məhv edə bilməsin.

Bu gün səngərdə bir amal, bir məqsəd - Böyük Qələbəyə nail olmaq üçün çiyin-çiyinə dayanan Azərbaycan hərbçisi Ali Baş Komandanın hücum əmrini uğurla yerinə yetirməyə qadirdir.

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM