02 Aprel 2019 00:59
1014
Səhiyyə
A- A+

Əhali tibbi müayinədən olduqca razıdır


Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi Qazax rayonunda da mütəşəkkilliklə davam edır. Qazax Diaqnostika Mərkəzində, şəhər poliklinikasında, eləcə də kəndlərdəki həkim və tibb məntəqələrində təşkil olunmuş müayinələr əhalini olduqca razı salır.

May ayının 12-dək davam edəcək tibbi müayinə aksiyasının bütün rayon ərazisində yüksək səviyyədə keçirilməsi üçün səhiyyə müəssisələri lazımi dərman preparatları və ləvazimatları ilə təchiz olunmuşdur. Müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 səyyar həkim briqadası yaradılmışdır. Həmin briqadalar tərtib edilmiş qrafikə uyğun olaraq kəndlərdə olur, xəstəxanalara getmək imkanı olmayan sakinləri evlərində müayinə edirlər. Müayinələr zamanı aşkar edilmiş xəstələr zərurət yarandıqda mərkəzi rayon xəstəxanasına göndərilir.

Martın 30-dək Qazax Diaqnostika Mərkəzində, şəhər poliklinikasında, həmçinin kənd həkim və tibb məntəqələrində təşkil edilən aksiyada 41795 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinədən keçənlərdən 38942 nəfəri sağlam hesab edilmiş, 196 nəfər stasionar, 2583 nəfər ambulator müalicəyə cəlb olunmuş, 74 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 70 nəfərin isə üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Rayonun sərhəd kəndlərinin əhalisinin sağlamlıq durumunun öyrənilməsi diqqət mərkəzində saxlanılır. Aksiyanın başladığı gündən indiyədək səyyar həkim briqadaları rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, eləcə də Daş Salahlı kəndlərində sakinləri tibbi müayinədən keçirmiş, aşkar edilmiş xəstəliklərlə bağlı səhiyyə xidməti göstərmişlər.

Rayonun Qazaxbəyli kəndində məskunlaşmış məcburi köçkünlər də unudulmamışdır. Həkim briqadaları burada məskunlaşmış Xeyrimli, Aşağı Əskipara və Yuxarı Əskipara kənd sakinlərini tibbi müayinədən keçirmişlər.

Hazırda pulsuz tibbi müayinələr davam edir. Rayon sakinləri böyük həvəslə səhiyyə ocaqlarına gəlir və öz sağlamlıq durumları barədə məlumat alırlar. Müayinədən keçən hər bir rayon sakini bu aksiyanın təşkilatçılarına minnətdarlıq edir.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video