01 Aprel 2019 22:01
780
Elm və texnika
A- A+

Akademik Yaqub Mahmudov: Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır


İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, bunu institutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib.

Yaqub Mahmudov bildirib ki, sovet dönəmində soyqırımı cəlladlarını qəhrəman kimi təqdim ediblər: "Erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər. 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş "26 Bakı komissarları” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkar olunub. 2009-cu ilin yanvar ayında Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Sahil bağındakı "26-lar”a məxsus məzarlar şəhər qəbiristanlığına köçürülərkən məzarlıqda 26 deyil, 23 cəsədin qalığı aşkar olunduqdan dərhal sonra institutda xüsusi elmi-tədqiqat qrupu yaradılıb və elmi araşdırmalara başlanılıb. Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş şəkildə və planlı surətdə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirib. On minlərlə dinc, silahsız türk-müsəlman əhali – Azərbaycan türkləri, ləzgilər, tatarlar, talışlar, avarlar, kürdlər və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilib”.

Akademik qeyd edib ki, azərbaycanlılara qarşı soyqırımı törətməsini Şaumyan "Biz buna şüurlu şəkildə getdik” və Hamazasp isə "Mən Xəzər dənizi sahillərindən Şahdağına qədər hamını məhv etməyə gəlmişəm” deyərək, hələ o zaman özləri etiraf ediblər.

"Arxiv araşdırmaları zamanı Şaumyanla bağlı aşkar olunmuş bir sənəd xüsusi maraq doğurur. Bu sənəd təkzibolunmaz surətdə sübut edir ki, Anastas Mikoyan kimi Şaumyan da "26-lar” sırasında güllələnməyib. Həmin sənəddən məlum olur ki, "26 Bakı komissarları”nın güllələnməsindən sonra, yəni 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün ərzində Şaumyana Krasnovodsk həbsxanasında qida verilib. Maraqlıdır ki, qida verilən məhbusların adları və soyadlarının siyahısında Şaumyandan sonra adı göstərilən ikinci məhbus Mikoyandır”, - deyə akademik vurğulayıb.

O bildirib: "Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır. Bizim həqiqətləri isə qəbul etməyə meyilli deyil. Ona görə də biz daha çox işləməliyik. Təbliğat sistemimizi daha da mükəmməlləşdirməliyik”.

Yaqub Mahmudov deyib ki, Tarix İnstitutunda son illərdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub, tarixçilərimiz bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr edib və dünyada yayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video