01 Aprel 2019 12:52
404
DÜNYA
A- A+

Alyaskadan olan hakim Prezident Trampın sərəncamını ləğv edib


Alyaska ştatından olan federal hakim Şeron Qlison Prezident Trampın Şimal Buzlu Okeanında neft hasilatına qoyulan qadağanın götürülməsi barədə sərəncamını ləğv edərək, bu sənədi qeyri-qanuni adlandırıb.

AZƏRTAC xəbər verir ki, hakimin qərarı sabiq Prezident Barak Obamanın siyasətini toxunulmaz saxlayır. Həmin qərara görə, Arktika və Atlantik suları, o cümlədən Çukot dənizi, Bofort dənizinin Arktikadakı bir hissəsi və Atlantik okeanının ABŞ-ın şərq sahillərindəki geniş zolağı neft qazıntıları üçün bağlıdır.

Ş.Qlison bəyan edib ki, Trampın neft qazıntıları üçün daha böyük sahələrin açılmasını nəzərdə tutan sərəncamı "qeyri-qanunidir, çünki bu, prezident səlahiyyətlərindən kənara çıxır”. Məhkəmənin qərarında deyilir ki, dinləmələrin yekununa görə, bu ərazilərdə qazıntılara qadağa tam qüvvədə qalacaq və Konqres tərəfindən ləğv edilməyənədək fəaliyyət göstərəcəkdir.

1953-cü ildəki qanuna müvafiq olaraq, sabiq Prezident Barak Obama tərəfindən ABŞ-ın Şimal Buzlu Okeanında Alyaska yaxınlığındakı sularında qazıntı işlərinə müddətsiz qadağa oqyulması qərarı 2016-cı ilin dekabrında qəbul edilib. Xarici kontinental şelf torpaqları barədə qanun prezidentə kommersiya istifadəsi üçün ofşor zonaların müsadirə edilməsi səlahiyyətini verir. Hazırkı Prezident Donald Trampın 2017-ci ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq, administrasiya qazıntılara qoyulan qadağanı götürüb. Tramp öz göstərişini onunla əsaslandırıb ki, bu, ABŞ iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək, həmçinin minlərlə iş yerinin açılmasına şərait yaradacaq. O zaman Tramp bəyan etmişdi ki, dəniz ərazilərinin 90 faizi kəşfiyyat və hasilat işləri üçün bağlı qalmaqdadır, bu isə ölkəni bir neçə min potensial iş yerlərindən və milyardlarla dollardan məhrum edir.

Sabiq Prezident Barak Obama tərəfindən 2015-ci və 2016-cı illərdə verilən ekoloji qadağalar ağ ayıların, morjların, suitilərin və güzəranları yerli flora və faunadan asılı olan Alyaska sakinlərinin kəndlərinin ekologiyasının mühafizəsinə yönəldilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video