Alternative content

01:10 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Danışıqlar prosesinə yeni təkan verilib, format dəyişilməz qalıb
Danışıqlar prosesinə yeni təkan verilib, format dəyişilməz qalıb
ANA SƏHİFƏ / SİYASƏT
00:57 31.03.2019


İLHAM ƏLİYEV prosesin humanitar aksiyalarla dəstəklənməsinin vacibliyini bəyan etdi


Martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün növbəti görüş keçirildi. Buna qədər Prezident İlham Əliyevlə N.Paşinyan müxtəlif tədbirlər çərçivəsində 3 dəfə təmasda olmuşdular. Bu isə Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı əvvəlcədən planlaşdırılmış və ali səviyyədə keçirilən ilk danışıq idi.

Məlum olduğu kimi, Ermənistanda ötən ilin may ayında baş verən hakimiyyət dəyişikliyindən sonra ölkənin yeni rəhbərliyi münaqişənin həlli ilə bağlı mövcud danışıqlar prosesinin ziddinə olan bəyanatlar verməyə başlamışdı. Bəzən isə N.Paşinyanın atdığı addımlarla həmin bəyanatlar arasında ciddi ziddiyyətlər yaranmışdı. Əsas ziddiyyətli məqam isə Ermənistan tərəfinin danışıqlar prosesinin formatının dəyişdirilməsi, Dağlıq Qarabağdakı separatçı rejimin müzakirələrə cəlb edilməsi ilə əlaqədar idi. Təbii ki, bu yanaşma məqsədyönlü şəkildə bütün danışıqların əngəllənməsinə və iflic halına salınmasına gətirib çıxarmaqdan başqa bir şey deyildi. Ona görə prosesin formatının dəyişdirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin tələbləri ilk gündən beynəlxalq səviyyədə dəstəklənmədi. 9 mart tarixində ATƏT-in Minsk qrupu həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Avropa İttifaqı rəsmiləri də formatın dəyişdirilməsinə etiraz etdilər. Məsələn, martın əvvəllərində Brüsseldə N.Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han Ermənistanın baş nazirinin fikirləri ilə razılaşmayaraq, münaqişənin nizamlanması üzrə mövcud danışıqlar formatının saxlanılmasının vacibliyini vurğulayıb.

Azərbaycan tərəfi isə substantiv danışıqlara hər zaman hazır olduğunu daim bəyan edib, münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyib. Bu mövqe Prezident İlham Əliyevin N.Paşinyanla Vyana görüşündə bir daha ifadə olundu. TASS informasiya agentliyinə müsahibəsində görüşü şərh edən Prezident İlham Əliyev deyib: "Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq”.

İlham Əliyev danışıqlar prosesinə yeni start verilməsi baxımından görüşün mühüm olduğunu bildirib. Görüşdə eyni zamanda insanlar arasında təmaslar çərçivəsində etimadı möhkəmləndirməklə bağlı məsələlər müzakirə edilib.

Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğurudur. Bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır. Beləliklə, nəticəyə yönələn substantiv danışıqlar davam etdirilməli olduğu yerdən başlayır. Xarici işlər nazirləri səviyyəsində təmaslar davam etdiriləcək. Digər tərəfdən, bu proses humanitar aksiyalarla dəstəklənəcək.

Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycanın mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM