30 Mart 2019 21:31
697
İDMAN
A- A+

Azad Rəhimov: “Shamkir Chess” superturnirinə dünyanın on ən güclü şahmatçısından altısı qatılıb


Tanınmış şahmatçımız mərhum Vüqar Həşimovun xatirəsinə həsr edilən ənənəvi "Shamkir Chess” superturniri bu il də yüksək səviyyədə təşkil olunub. Sevindirici haldır ki, altıncı dəfə təşkil edilməsinə baxmayaraq, turnirə dünyanın on ən güclü şahmatçısından altısı qatılıb. Dünya çempionu Maqnus Karlsenin bu il də turnirdə iştirak etməsindən məmnunuq.

AZƏRTAC xəbər verir ki, bu sözləri martın 30-da gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi "Shamkir Chess 2019” beynəlxalq superturnirinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Yarışın şahmat aləmində özünəməxsus yeri olduğunu vurğulayan nazir "Shamkir Chess” turnirinin bütün şahmatçıların diqqətini cəlb etdiyini bildirərək deyib: "Azərbaycanda şahmata yüksək səviyyədə dövlət dəstəyi göstərilir. Şahmat ölkəmizdə çox sevilir. Belə turnirlər respublikamızda şahmatın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması baxımından da mühüm vasitədir. İnanırıq ki, bu turnir qarşıdakı illərdə də təşkil olunacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video