30 Mart 2019 03:18
374
İQTİSADİYYAT
A- A+

Sabaha addımlayan şəhər


Ölkənin ən böyük elektrik enerjisi təminatçısı olan Mingəçevir yeni inkişaf dövrünü yaşayar. Şəhərin sənaye potensialı ildən-ilə güclənir, yeni istehsal və emal müəssisələri fəaliyyətə başlayır. Salınan parklar, xiyabanlar nur şəhərini daha da gözəlləşdirir. Dövlətin davamlı qayğısı sayəsində Mingəçevir müasir Avropa şəhəri ilə müqayisə edilə biləcək inkişaf səviyyəsinə yüksəlmişdir.

Qədirbilən övladları doğma şəhərin 70 yaşını bu yaxınlarda böyük təntənə, bayram coşqusu ilə qeyd etmişlər. 70 ildir ki, Mingəçevir Azərbaycana nur paylayır. Energetiklər üçün illər bir-birindən uğurlu gəlir. Bu illər sırasında 2018-ci ilin yekunları xüsusilə fərəhlidir. Keçən il şəhərin sənaye müəssisələrində 303,9 milyon manatlıq məhsul istehsal olunmuşdur. "Azərbaycan” İstilik Elektrik Stansiyası və "Mingəçevir SES silsiləsi” MMC keçən il 7 milyard 954 milyon kilovatsaat elektrik enerjisi istehsal etmişdir. Şəhərin digər sənaye müəssisələri - "Azneftemaş”, "Akkord Mingəçevir Maşınqayırma zavodu” ASC-lər, "ASK izolit” MMC sabit iş rejimində işləmiş və istehsal etdikləri məhsulların çeşidinin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişlər. Yeni fəaliyyətə başlayan Mingəçevir Sənaye Parkı öz məhsullarını "Made in Azerbaijan” markası ilə beynəlxalq bazara ixrac edir. Ölkədə qeyri-neft sektorunu inkişaf etdirməyin uğurlu nümunələrindən olan Mİngəçevir Sənaye Parkının fəaliyyəti layihə gücünə çatdırılandan sonra şəhərdə işsizlik problemi tamamilə aradan qaldırılacaqdır.

Mingəçevirdə sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqaməti olaraq qalmaqdadır. Sadələşdirilmiş qeydiyyat prosedurlarından, ayrılan çoxsaylı güzəştli kreditlərdən mingəçevirlilər də yetərincə bəhrələnir və bu üzdən özəl sektorda fəaliyyət göstərmək istəyənlərin sayı sürətlə artır.

Sabaha inamla addımlayan Mingəçevir yaraşıqlı park və xiyabanları, abad küçə və prospektləri, ilin bütün fəsillərində baharı xatırladan zümrüd libası, diqqət çəkən səliqə-sahmanı ilə göz oxşayır. Şəhərdə sağlam mənəvi-psixoloji mühit mövcuddur. İctimai asayişin etibarlı təminatı, əmin-amanlıq şəhər sakinlərində məmnunluq doğurur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla söhbətimizdə iqtisadiyyatın yüksəlişi ilə yanaşı, şəhər sakinlərini daha çox maraqlandıran sosial məsələlər üstünlük təşkil edirdi. "Prezident İlham Əliyev məni Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edəndə verdiyi tapşırıq və tövsiyələr qarşımda yeni vəzifələr qoydu. Mingəçeviri turizm mərkəzinə çevirmək üçün tikinti, abadlıq, quruculuq işləri müasir tələblər səviyyəsində davam etdirilməli, şəhər sakinlərinin həyat şəraitini daha da yaxşılaşdırmaq, faydalı məşğulluqlarını təmin etmək üçün zəruri tədbirlər görülməli, yeni layihələr reallaşdırılmalı, əhalini narahat edən hər xırda problemin həllinə həssas yanaşılmalı, xalqa ləyaqətlə, şərəflə xidmət olunmalıdır. Onu da deyim ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün geniş imkanlarımız, güclü kadr potensialımız var. Biz indi doğma şəhəri daha da abadlaşdırmaq üçün yeni layihələr üzərində işləyirik. Artıq hökumətə təqdim edəcəyimiz ilk təkliflər paketi hazırdır.

Fəaliyyətimizin əsas istiqamətlərindən biri də əhali ilə daha sıx təmas qurmaqdır. İndi şəhər sakinləri icra hakimiyyətində həftənin hər günü, istənilən saatda qəbul olunurlar. Vətəndaş-məmur arasında hər hansı baryer yoxdur. Biz əhali ilə yerlərdə görüşlərə daha çox üstünlük veririk. Məhəllələrdə qrafik üzrə səyyar qəbul-görüşlər artıq ənənəyə çevrilmişdir. İşin bu cür təşkili şəhər sakinlərini rahatsız edən problemlərin operativ qaydada həll edilməsinə əhəmiyyətli təsir göstərir”.

Bu günlərdə Mingəçevir şəhərinin 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat yığıncağı keçirilmiş, keçən ilin uğurları sadalanmışdır. Amma qazanılmış nailiyyətlər heç kəsi arxayınlaşdırmır. Hamını yeni ilin yeni vəzifələri düşündürür. Şəhər əhalisinin güzəranını, həyat şəraitini daha da yaxşılaşdırmağa hesablanan yeni vəzifələrin icrası üçün qüvvələr səfərbərdir. Mingəçevir Sənaye Parkının tikintisini sürətləndirməyə, su və kanalizasiya şəbəkəsində aparılan əsaslı yenidənqurma işlərini canlandırmağa, şəhər sakinləri üçün yeni iş yerlərinin yaradılmasına, çoxmənzilli binaların dam örtüklərinin əsaslı təmirinin başa çatdırılmasına, şəhərin xidmət sahələrinə özəl mənbələrdən investisiyaların cəlbini artırmağa, turizmin inkişafı istiqamətində görülən tədbirlərin əhatə dairəsinin genişləndirilməsinə və bu kimi digər məsələlərə böyük önəm verilir.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video