30 Mart 2019 01:06
1438
PARLAMENT
A- A+

Milli Məclisin mətbuata açıqlaması


Bir müddət əvvəl Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin (AP) fransalı vitse-prezidenti Silvi Qiyomun martın 6-da özünü qondarma "Dağlıq Qarabağ respublikasının spikeri” adlandıran Aşot Qulyanla görüşməsi ilə bağlı AP-nin sədri Antonio Tayaniyə etiraz məktubu ünvanlamışdı. Avropa Parlamentinin sədri Antonio Tayani Milli Məclisin sədri Oqtay Əsədova cavab məktubu ünvanlayıb. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, məktubda keçirilmiş görüşün xanım Qiyomun fərdi mandatı çərçivəsində baş tutduğu ifadə edilib, fransalı deputatın bu görüşü AP-nin vitse-prezidenti kimi deyil, müstəqil bir deputat olaraq, şəxsi formatda keçirdiyi və bunun AP-nin rəsmi fəaliyyətinə heç bir aidiyyətinin olmadığı vurğulanıb. Cavab məktubunda deyilir: "... xanım Qiyom bu görüşü parlamentin sıravi bir üzvü kimi, fərdi zəmində keçirib və həmin görüşlə bağlı Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyinə zidd olan hər hansı bir açıqlama ilə çıxış etməyib”.

Avropa Parlamenti sədrinin məktubu separatçı rejim nümayəndələrinin şəxsi zəmində keçirdikləri qeyri-rəsmi görüşü az qala qondarma rejimin AP-də rəsmi səviyyələrdə qəbul olunması kimi təqdim etmək cəhdlərini bir daha ifşa edir. Beləliklə, saxta "spiker”in mətbuatda yayımladığı saxta məlumatlar Avropa Parlamentinin sədri səviyyəsində rəsmən təkzib olundu.

Avropa Parlamentinin sədri öz məktubunda, həmçinin Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbriklərini çatdırıb və Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 400 nəfərin azadlığa çıxması haqqında əfv Sərəncamı imzalanmasını alqışladığını qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video