Alternative content

12:34 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ilə görüşü olub
ANA SƏHİFƏ / Səfərlər
23:46 29.03.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Federal Prezident Aleksander Van der Bellen Prezident İlham Əliyevi qarşıladı.

Prezident İlham Əliyev və Federal Prezident Aleksander Van der Bellen birgə foto çəkdirdilər.

Avstriyaya səfirindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı qonaqpərvərliyə və Ermənistanın baş naziri ilə görüşə ev sahibliyi etdiyinə görə Avstriya tərəfinə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Avstriya ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğuladı.

Federal Prezident Aleksander Van der Bellen Azərbaycan ilə Avstriya arasında möhkəm dostluq əlaqələrinin mövcudluğunu qeyd edərək bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmli olduğunu dedi.

Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün Birgə Əməkdaşlıq Şurasının təsis olunduğunu və onun Vyanada ilk iclasının keçirildiyini deyərək bu formatda əməkdaşlığın ticarət dövriyyəsinin artırılmasına və Avstriya şirkətlərinin Azərbaycanda daha da fəal çalışmalarına imkan yaradacağına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Avstriyanın Federal Prezidentinə ölkəmizin təşəbbüsü ilə regionda reallaşdırılan nəqliyyat layihələri barədə məlumat verərək Avstriya şirkətlərinin də bu nəqliyyat infrastrukturu imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.