29 Mart 2019 13:39
895
Mədəniyyət
A- A+

UNESCO-nun baş qərargahında “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib


UNESCO baş qərargahında Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə "Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, UNESCO Katibliyinin, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, ISESCO-nun rəsmiləri və işçi qrupunun digər üzvlərinin iştirakı ilə keçirilən iclasda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı və konsepsiya sənədləri müzakirə edilib.

Əbülfəs Qarayev qeyd edib ki, "Bakı Prosesi” Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir və bu proses çərçivəsində son 10 ildə 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 6 dəfə Bakı Beynəlxalq Humanitar Forum, Nazirlər Konfransları və digər beynəlxalq tədbirlər təşkil edilib. Bu proses BMT-nin baş katibi tərəfindən təşkilatın əsas platforması kimi elan edilib və bu baxımdan "Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal xarakter alıb.

UNESCO-nun rəsmisi, təşkilatın Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson təmsil etdiyi qurumun bu prosesin həyata keçirilməsində fəal iştirak etdiyini, bu prosesin əsas tərəfdaşlarından biri olduğunu və budəfəki forum çərçivəsində UNESCO tərəfindən 5 tədbirin təşkil ediləcəyini qeyd edib.

BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, Avropa Şurasının rəsmiləri və Forumun ekspertlər qrupunun üzvü, Böyük Britaniyanın Koventri Universitetinin professoru Mayk Hardi Forumun proqramı ilə bağlı fikirlərini səsləndiriblər və qərara alınıb ki, proqram üzrə müzakirə mövzuları, plenar sessiyalar barədə son təkliflər aprelin 5-dək təqdim edilsin. Qeyd olunub ki, budəfəki Forum diskriminasiya, qeyri-bərabərlik və münaqişələrin qarşısının alınmasında dialoqun gücləndirilməsi mövzularını əhatə edəcək və bu çərçivədə mədəni müxtəlifliyin çoxtərəfli idarə olunması, gənclərin liderliyi və onların bu proseslərdə rolu, eyni zamanda, miqrasiya və insan təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edəcəkdir. Forum çərçivəsində, həmçinin Beynəlxalq Təşkilatların Rəhbərlərinin II Toplantısı və Nazirlər Konfransı da keçiriləcəkdir.

Sonda nazir Əbülfəs Qarayev 2017-ci ildə keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarını xatırladaraq növbəti Forumun prosesin davamı olaraq xüsusi yeniliklərlə yadda qalacağını və Forumun yekununda Fəaliyyət Planının qəbul ediləcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video