Alternative content

16:06 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu növbəti dəfə sübut etdi
İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu növbəti dəfə sübut etdi YENİLƏNİB
ANA SƏHİFƏ / PARLAMENT
12:38 29.03.2019


Milli Məclis dövlət başçısının sosial siyasət konsepsiyasının icrasına tam dəstək verir

Martın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra ilk olaraq Milli Məclisin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi haqqında qərar layihəsi təsdiq edildi.

"Ümumi təhsil haqqında”qanun layihəsi üçüncüoxunuşdan keçdi

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat verdi. Bildirdi ki, qanun layihəsi birinci və ikinci oxunuşlarda müzakirələrdən sonra deputatların fikirləri və təklifləri əsasında daha da təkmilləşdirilib. Zəruri olan, təhsilin inkişafına xidmət edən mülahizələr nəzərə alınıb. O cümlədən bəzi anlayışlar layihədən çıxarılıb.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq olundu. Bu qanun respublikamızda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.

Deputatlar "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə müsbət münasibət bildirdilər.

Daha sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Dəyişikliklər "Daşınar əmlakın yüklülüyü haqqında” qanunun icrası ilə əlaqədardır. Qanun layihələri təsdiq olundu.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verdi. Təklif olunan dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyırdı.

Prezidentə etimad yüksəkdir

İclasda çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dedi ki, Prezident İlham Əliyev yanan ticarət mərkəzi ilə bağlı müşavirədə sığorta ilə bağlı göstəriş verdi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bununla bağlı layihə hazırlanmasının vacibliyini bildirən Siyavuş Novruzovun sözlərinə görə, sənəddə insanların əmlakının sığortalanması məsələsi öz əksini tapmalıdır: "Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etmirlər. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyirlər. Əgər hər hansı hadisə baş verərsə, sığorta şirkətləri məsuliyyəti öz üzərinə götürürlər”.

Siyavuş Novruzov təəssüflə qeyd etdi ki, bu cür hadisələrdən sui-istifadə edənlər də var. Bəziləri insanları mitinqlərə çağırır, müxtəlif çağırışlar edirlər. Ötən il prezident seçkilərindən sonra dövlət başçısı söylədi ki, bütün məsələlər onun diqqətindədir. Artıq hər kəs görür ki, mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Problemlərin həllinə vəsait ayrılır. Amma təəssüf ki, mitinq keçirmək, üç-beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər ortaya çıxıb. Burada məqsəd baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir. Siyavuş Novruzov dedi ki, həmin qüvvələr hələ 90-cı illərdə belə hadisələrdən hakimiyyətə gəlmək üçün sui-istifadə ediblər: "Yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamilə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər. Onların qibləsi ABŞ-dır”.

Siyavuş Novruzov dedi ki, Azərbaycan dövləti xalqın yanındadır. Baxmayaraq ki, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman vətəndaşlarının yanındadır. Zaqatalada, Şamaxıda baş verən zəlzələlər zamanı ölkə rəhbəri onların yanında olub: "Atılan addımların heç biri xarici qüvvələrin təsiri ilə həyata keçirilmir. Azərbaycan dövləti həmişə xalqın yanındadır. Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident isə zərərçəkənlərin yanına getdi, 5 min ev tikdirdi. Zaqataladakı zəlzələdə mindən çox ev tikildi. Şamaxıda, Ağsuda da evlər tikilməyə başlanıb. Hər şeyə qara yaxmaq Əli Kərimli kimilərin erməni xislətindən irəli gəlir”.

Sığorta şirkətləri fəaliyyətlərini təkmilləşdirməlidirlər

Bu mövzuda danışan deputat Fəzail Ağamalı da dedi ki, Prezident hər zaman xalqının yanında olduğunu sübut etdi. İlham Əliyev 2003-cü ildə prezident seçiləndən bu günə qədər Azərbaycan xalqı ilə bərabər olduğunu daima nümayiş etdirib. Deputat eyni zamanda bu cür hadisələr zamanı hər şeyi dövlətin öz üzərinə götürməsinin mütləq olmadığını bildirərək diqqəti sığorta şirkətlərinin fəaliyyətinə yönəltdi. Azərbaycandakı sığorta şirkətlərinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyini və onlara inamın az olduğunu deyən Fəzail Ağamalı qeyd etdi ki, sığorta şirkətləri inkişaf etməlidir: "Ölkədə sığorta şirkətləri var. Lakin həmin şirkətlər inkişaf etməyiblər. Elə etməliyik ki, sığorta institutu formalaşsın. Belə hadisələr yaşananda sığorta şirkətləri dəyən zərəri ödəyə bilsin”. Fəzail Ağamalı təklif etdi ki, tanınmış sığorta şirkətlərinin mütəxəssisləri dəvət olunsun, onların təcrübəsindən istifadə edilsin.

"Azərbaycan dövləti hər bir zaman öz vətəndaşlarının problemlərinin həllinə dəstək verdiyini bir daha göstərdi”. Bunu isə deputat Aydın Mirzəzadə bildirdi. Qeyd etdi ki, Prezidentin bu məsələni operativ sürətdə müşavirədə müzakirəyə çıxarması və həmin sahibkarlara dövlət yardımının təşkil edilməsi göstərdi ki, dövlət başçısı 2003-cü ildə səlahiyyətlərinə başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyə verdiyi vədi şərəflə yerinə yetirir: "Cənab Prezident hər zaman Azərbaycan vətəndaşının yanında olub, onlara dəstək göstərib. Cəmiyyətdə dövlət başçısına etimad həddən artıq böyükdür. Bu, əlbəttə, ruh yüksəkliyi, dövlətə bağlılıq yaradır”.

Aydın Mirzəzadə Nursultan Nazarbayevin Qazaxıstan prezidentliyindən istefasına da münasibət bildirdi. Dedi ki, Nursultan Nazarbayev Azərbaycanın böyük dostu, türk dünyasının böyük şəxsiyyəti kimi tanınır. Onun apardığı gərgin və zəngin fəaliyyət nəticəsində dünyada Qazaxıstan kimi nüfuzlu və güclü türkdilli dövlət formalaşıb. Qazaxıstan təkcə postsovet məkanında deyil, regionda və dünyada da nüfuzlu dövlətə çevrilib. Nursultan Nazarbayevin Azərbaycanla dostluğa xüsusi önəm verdiyini qeyd edən A.Mirzəzadə bildirdi ki, o, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı hərtərəfli müdafiə edib: "Buna görə də Azərbaycan cəmiyyəti, xalqı Nazarbayevi Azərbaycanın böyük dostu kimi qiymətləndirir, onun Qazaxıstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində, türk dünyasının güclənməsində böyük əməyi var. Aydın Mirzəzadənin sözlərinə görə, yeni Prezident Kasım-Jomart Tokayev də Azərbaycanın dostu kimi tanınır: "İnanırıq ki, Tokayev ilk səfərlərindən birini Azərbaycana həyata keçirəcək. Gözləyirik ki, Milli Məclisdə Qazaxıstan-Azərbaycan əlaqələri ilə bağlı çıxış da edəcək. Ona uğurlar arzulayır və əminik ki, Tokayev prezidentliyi dövründə Nazarbayevin Azərbaycan, türk dünyası ilə bağlı, ümumiyyətlə, dünyada sülh və əmin-amanlığın güclənməsi istiqamətində siyasətini uğurla davam etdirəcək”.

Çıxış edən deputat Fazil Mustafa "Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı Prezident İlham Əliyevin çevik reaksiyasını təqdir etdi.

Çıxışlardan sonra qanun layihəsi təsdiq olundu.

Komitə sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və "Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri haqqında məlumat verdi. Dəyişikliklər qanunsuz telekommunikasiya xidmətlərinin qarşısının alınması məqsədlərinə xidmət edir. Hər üç qanun layihəsi təsdiqləndi.

İclasda "Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında” və "Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanun layihələri də təsdiq olundu.

ƏDV güzəşti daha bir il uzadılır

Komitə sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də əhalinin əsas istehlak mallarına olan tələbatının ödənilməsi məqsədilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən üç il müddətinə əlavə dəyər vergisindən azad edilib. Bununla yanaşı, buğdanın emalından əldə olunan kəpəyin istehsalı və satışına müvafiq güzəşt nəzərdə tutulmamışdır. Bu isə öz növbəsində emal prosesində əldə olunmuş məhsulların maya dəyərinin, o cümlədən heyvandarlıq kompleksində yem kimi istifadə olunan kəpəyin satış qiymətinin artmasına səbəb olur. Buna görə kəpək istehsalı və satışına da güzəştlərin tətbiqi məqsədəuyğun hesab edilir. Eyni zamanda un və çörəyin qiymətinin məqbul səviyyədə saxlanılması, yeni un istehsalçılarının buğda tələbatının ödənilməsi məqsədilə Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt müddətinin bir il uzadılması da məqsədəmüvafiq hesab olunur. Vergi Məcəlləsinə təklif olunan dəyişiklik də bununla bağlıdır. Qanun layihəsi təsdiq olundu.

Ziyad Səmədzadə "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə haqqında da məlumat verdi. Dedi ki, qanun layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda həyata keçirilən auditə dair məlumatların təqdim edilməsi qaydasının təkmilləşdirilməsi, habelə Hesablama Palatasının üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanıb. Bu qanun layihəsi təsdiq olundu.

"Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi də təsdiq olundu. Dəyişiklik Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edir.

Dövlət qeydiyyatı prosesi təkmilləşdirilir

İclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edildi. Dəyişikliklər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması prosesinin təkmilləşdirilməsi, çıxarışların kağız formada təqdim olunması prosedurunun tamamilə aradan qaldırılması, onların yalnız elektron üsulla təqdim olunması məsələlərini əhatə edir.

Dəyişikliyə əsasən, dövlət reyestrindən çıxarışlar elektron imza ilə təsdiqlənməklə, hüquq sahibinin istəyindən asılı olaraq "Elektron hökumət” portalında yerləşdiriləcək və ya digər elektron üsulla hüquq sahibinə təqdim olunacaq. Qanun layihəsi təsdiq olundu.

Deputatlar "Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanununun ləğvi barədə” və "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə” qanun layihələrinə müsbət münasibət bildirdilər. Komitə sədri Əli Hüseynli dedi ki, bu barədə yeni qanunlar qəbul edildiyi üçün əvvəlki dövrdə qəbul edilmiş qanunlar ləğv edilir.

Daha sonra "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edildi. Təklif edilən dəyişiklik şəxsiyyət vəsiqəsi alan vətəndaşların məcburi daktiloskopik qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Qanun layihəsi təsdiq olundu.

İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihələr də təsdiq olundu.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Dövlət rüsumu haqqında”, "Mühasibat uçotu haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Lisenziyalar və icazələr haqqında” və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri barədə məlumat verdi. Qeyd edildi ki, dəyişikliklər "Peşə təhsili haqqında” qanuna, həmçinin bu qanuna edilən dəyişikliklərə uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihələri təsdiq olundu.

Məhkəmələrə alternativ mediasiya institutu yaradılır

İclasda son olaraq "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı komitə sədri Əli Hüseynli məlumat verdi. Bu qanun qüvvəyə mindikdən sonra mülki işlər və iqtisadi mübahisələr, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr mediatorların vasitəçiliyi ilə həll olunacaq. Qanun layihəsinə əsasən, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq.

Qanun layihəsi 5 fəsil 39 maddədən ibarətdir. Bu qanunun qüvvəyə minməsi və mediasiya institutunun yaranması ölkədə məhkəmələrin iş yükünün azalmasına xidmət edəcək və yeni fəaliyyət növü olacaq.

Müzakirələr zamanı deputatlardan Elmira Axundova, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Əflatun Amaşov, Azay Quliyev, Sahib Alıyev və komitə sədri Aqiyə Naxçıvanlı layihə ilə bağlı fikirlərini bildirdilər. Yekunda qanun layihəsi təsdiq olundu.

Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM