29 Mart 2019 00:22
1014
Mədəniyyət
A- A+

Həsrətə son...


Tədbir Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuşdur


Martın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqi zalında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Həsrətə son” adlı proqram təqdim olunub. Tədbir F.Şubertin "Qu quşunun nəğməsi” adlı vokal məcmuəsinin kontratenorun ifasında dünya premyerası ilə açılıb.

Belə ki, məcmuə dünyada kontratenorun ifasında ilk dəfə olaraq səsləndirilib. Kontratenor respublikanın ilk kontratenor səs tembrinə malik opera müğənnisi, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov olmuş, fortepianoda isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Günel Bəkirova ifa etmişdir.

F.Şubertin "Qu quşunun nəğməsi” adlı vokal məcmuəsinin bəstələnmə tarixi bir çox maraqlı faktları özündə birləşdirir. Görkəmli Avstriya bəstəkarı F.Şubert çox qısa ömür sürmüşdür. Cəmi 31 il yaşamasına baxmayaraq, bir çox janrlarda əsərlər bəstələmişdir.

F.Şubertin "Qu quşunun nəğməsi” vokal məcmuəsinə 14 mahnı daxildir. Əsərlər bəstəkarın ölümündən bir neçə ay əvvəl bəstələnmişdir. F.Şubertin ölümündən sonra T.Haslinqer onu məcmuə şəklində birləşdirmişdir. Burada dramaturji prinsip əsasında mahnılar növbələşməmişdir. Mahnıları bir-birinə bağlayan səbəb yaranma tarixi və onların insanın daxili faciəsi ilə bağlı olmasıdır. Mahnılarda insanın elindən, obasından uzaqlaşması, çəkdiyi işgəncələr, vüsala yetməyən arzularından bəhs olunur.

Əsərlərin dramaturji xətti dərin və əzablı olduğu üçün 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmişdir. Həmvətənlərimizin xain yadellilər tərəfindən çəkdikləri işgəncə və əzabları "Qu quşunun nəğməsi” ilə dinləyicilər daha aydın hiss etdilər.

Kontratenor İlham Nəzərov qeyd edib ki, bir azərbaycanlı olaraq minlərlə kontratenor arasında bu əsərin ilk ifaçısı olmaq böyük fəxr və məsuliyyətdir.

Vokal məcmuə ifaçılıq baxımından musiqiçi qarşısında bir çox ifaçılıq çətinlikləri qoyur. Əsərin kontratenor üçün nəzərdə tutulmaması ifanı daha da mürəkkəbləşdirən məqamlardan biridir. Bu, ifaçıdan ustalıq və peşəkarlıq tələb edir. Konsertdə maraqlı məqamlardan biri də məcmuəyə daxil olan mahnıların bir mövzu əsasında birləşdirilməsi olub. Mahnıların sözlərini İ.Nəzərovun özünəməxsus şəkildə yüksək bədii zövqlə Azərbaycan dilinə tərcümə etməsi dinləyicilərin böyük marağına səbəb olub. Həmçinin tamaşaçıların konsert boyu tükənməyən diqqət və dəstəyində Səmray Əliyevanın da bədii qiraəti xüsusi rol oynayıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video